“Müharibədə 2 dəfə ağır yaralanmışam, 27 gün komada qalmışam, heç kim maraqlanmayıb” – KEÇMİŞ DÖYÜŞÇÜ SABUNÇU İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR

Baxış sayı:
3262

Ağsu rayonu, Axunlu kənd sakini, hal-hazırda Bakı şəhərində yaşayan Qənbərov Sənan Rəşid oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. 44 günlük müharibə iştirakçısı, 10 il xüsusi təyinatlı dəstədə xidmət etdiyini bildirən şikayətçi deyir ki, hazırda səhhətində ciddi problem olsa da, müraciət etdiyi qurumlar ona kömək etmirlər:
“Mən, Qənbərov Sənan Rəşid oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Dəfələrlə Prezident Administrasiyasına, Sabunçu Rayon İcra Hakimiyyətinə gedib kömək istəmişəm. Mənə heç bir kömək etməyiblər.
Milli Məclisə məktub yazdım, cavab gəlmədi. Gedirəm, deyirlər ki, biz sənə nə kömək göstərə bilərik?! Heç bir kömək etmədən geri göndərirlər.
Müharibədə 2 dəfə ağır yaralanmışam, 27 gün komada qalmışam. Bir dəfə olsun Sabunçu Rayon İcra Hakimiyyəti maraqlanmayıb. Hal-hazırda da səhhətimdə problemlər var. Dövlətimdən, səlahiyyəti çatan çəxslərdən kömək istəyirəm”.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.