Qarabağda Türkiyə hərbçilərinin xidmət müddəti bir il olacaq - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
1326

“Mehmetçik Rusiya ilə yaradılacaq birgə mərkəzdə və bu mərkəzin icra edəcəyi fəaliyyətlərdə bir il müddətində xidmət edəcək”. “TRT Haber”in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Layihəyə əsasən, Türkiyə hərbçiləri bir il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. 

Bir ildən sonra ehtiyac olarsa müddət atılacaq və burdakı hərbçiləi əvəz edəcək yeni hərbi qüvvələr göndəriləcək.