"Qubadlısız 27 il..." - YENİ VİDEOÇARX HAZIRLANIB

Baxış sayı:
2831

Qubadlı rayonu Əliquluşağı kənd orta məktəbinin 7-ci sinif şagirdi, blogger Ömər Allahverdiyevin ideyası çərçivəsində Qubadlının işğalından 27 il ötməsi ilə bağlı "Qubadlısız 27 il..." adlı qısametrajlı videoçarx hazırlanıb.
Ömər Allahverdiyev bu videoçarxın hazırlanma səbəbindən danışarkən qeyd edir: "İdmanda, həyətdə dostlarım həmişə haralı olduğumu soruşanda Qubadlılıyam cavabından sonra zarafat anlamında ələ salırdılar...Bir gün gəlib bunu anama danışdım. Çünki hər dəfə bu məni incidirdi. Onlara cavab verə bilmirdim. Anam izah elədi ki, Qubadlı ziyalıları, alimləri, yazarları, generalları və şəhidləri ilə məşhurdur.
Ondan sonra bu videoçarxı hazırlamaq qərarına gəldim. Sadə telefonla çəkdik. Çünki bu yaşda əlimdə olan imkanlar bu idi. Demək istədiklərimi video ilə nə qədər çatdıra bildim, bilmirəm. İnşallah, böyüyüb Qubadlı haqda geniş filim çəkəcəyəm.
Sonda onu demək istəyirəm ki, biz bizə hansı dəyəri veririksə, o dəyərdən ibarətik".