​ “Sosial Müdafiə Fondunun əlindən təngə gəlmişəm” – ŞİRVAN SAKİNİ SOSİAL YARDIM VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR / FOTO

Baxış sayı:
3522

Şirvan şəhər sürücülük məktəbinin yataxanasında yaşayan Batişeva Təranə Kərim qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən narazılığını bildirir:
"Mən, Batişeva Təranə Kərim qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Artıq Sosial Müdafiə Fondunun əlindən təngə gəlmişəm. 5 aydır sosial yardım almıram, gedirəm, deyirlər ki, “bu gun, sabah yoxlama gələcək, qeydə alınacaqsınız”.
Hər il başıma bu oyunu açırlar. 2 dəfə teleqram vurmuşam, 4 dənə məktub ünvanlamışam, amma cavab yoxdur.
Axırıncı dəfə zəng vurdular ki, sizin işinizə 5 günə baxılacaq, 15 gün keçib hələ baxan yoxdur".
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq, vətəndaşın müraciətinin araşdıracağı bildirildi.