Trampın eksklüziv “Lamborghini” avtomobili hərraca çıxarıldı - FOTO

Baxış sayı:
12850

ABŞ-da 1997-ci il istehsalı olan “Lamborghini Diablo” Barrett-Jackson tərəfindən hərraca çıxarılıb.
Fokus.ua xəbər verir ki, onun ilk sahibi ABŞ-ın keçmiş prezidenti Donald Tramp olub.
Donald Tramp limuzinlərə üstünlük verir, lakin 1997-ci ildə “Lamborghini Diablo” almaq qərarına gəlib. Nəticədə damı açıla bilən VT Roadster versiyasını sifariş verib.
Avtomobil xüsusi mavi rəngə malikdir (bu, “Lamborghini” palitrasında olmayıb), kuzovun üzərində isə “Donald Tramp 1997 Diablo” yazısı olan xatirə lövhəsi var. “Lamborghini Diablo” VT Roadster-in salonu qara və ağ dəri ilə işlənib. Donald Trampın avtomobilinin avadanlığına qanad, klimat-kontrol və Alp audiosistemi daxildir.
“Lamborghini Diablo” VT Roadster superkarı 492 at gücü hasil edən 5,7 litrlik V12 mühərriki ilə təchiz edilib. 4,1 saniyəyə 100 km/saata sürət yığır və maksimal sürəti 325 km/saat təşkil edir.
Donald Tramp 2002-ci ilin yayına qədər “Lamborghini Diablo”-ya sahib idi, sonra avtomobil iki dəfə əl dəyişdirdi. Maşın yaxşı qorunub saxlanılıb və onun yürüşü 40 min km-dir.