Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - 9 nəfər şəhid olub

Baxış sayı:
770

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi şəhid olub, 4-ü yaralanıb.

Bildirilib ki, Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirirmiş.

Faktla bağlı araşdırma aparılır.