Ukraynada 23 deputat koronavirusa yoluxdu - SPİKER AÇIQLADI

Baxış sayı:
1737

Ukrayna Ali Radasının 23 deputatı koronavirusa yoluxub.

Bu barədə Ali Radanın spikeri Dmitri Razumkov “Rada” telekanalında bildirib. 

“Bu gün Ali Radada xəstəliyi keçirmiş və ya hazırda xəstə olan həmkarlarımızın sayı 23-dür. Onlara can sağlığı, tez zamanda xəstəliyin öhdəsindən gəlməyi və işlərinə dönməyi arzulayıram”, - Razumkov qeyd edib.

O əlavə edib ki, Ali Rada aparatının 7 işçisində də koronavirusa yoluxma faktı aşkarlanıb.