Zelenski erməni əsilli iş adamının vətəndaşlığını ləğv etdi

Baxış sayı:
762

Ukrayna Prezidenti Vladimir Zelenski üç nəfərin vətəndaşlığının ləğv edilməsi barədə fərman imzalayıb.

Yerli KİV-lər xəbər verir ki, Ukrayna vətəndaşlığı ləğv edilənlərdən biri də erməni əsilli Araik Amirxanyandır.

Qeyd edilir ki, Araik Amirxanyan tanınmış erməni əsilli iş adamıdır. O, korrupsiya və qaçaqmalçılıq qalmaqalında günahlandırılıb və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.