51 yaşlı qadın 4-cü mərtəbədən yerə yıxılıb - MİNGƏÇEVİRDƏ
28-10-2017 18:52

Qadın ağır kəllə-beyin travması alıb
Mingəçevirdə bədbəxt hadisə baş verib.
Heydər Əliyev prospekti, 68/1 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Aslanova Xanım Musa qızı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb.
Ağır kəllə-beyin travması alan qadın xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.