57 yaşlı qadını maşın vurdu
2-11-2019 22:29
Baxış sayı:
8839

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Nizami rayonuna qeydə alınıb.
"Nissan Sunny" markalı avtomobil "8-ci Kilometr Bazarı"nın qarşısında yolu keçən 1962-ci il təvəllüdlü Yadigarova Zeynəb Əlisgəndər qızını vurub. Yaralı təcili yardımın köməyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona kəllə-beyn travması və alnın əzilmiş yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.