​ABŞ vertolyotlarla İŞİD komandirlərini XİLAS ETDİ

Suriya ordusunun Mayadinin azad olunması əməliyyatının başlanmasına 2 həftə qalmış Amerika vertolyotları İŞİD-in xarici komandirlərini şəhərdən çıxarıb.
Bu barədə RİA-Novosti bir neçə şəhər sakininə istinadən məlumat yayıb.
"Amerika hərbi aviasiyası əvvəlcə Mayadinin yaxınlığında, Ar-Raxba rayonunda, Haydar fermasının yanında manevr etdilər. Sonra aviazərbələr endirildi, biz gizlənməyə çalışdıq və bundan sonra bir neçə Amerika vertolyotu gördük", - deyə yerli çoban Məhəmməd Avad Al-Hüsein bildirib.
Onun sözlərinə görə, həmin ərazidə İŞİD-in xarici komandirləri var idi: “Onlar Haydar ətrafında öz qərargahları yanında aviasiyanı gözləyirdilər. Vertolyotlar onları götürərək Mayadin hüdudlarına apardı”.