AVROPADA DƏHŞƏTLİ DAŞQINLAR - Almaniya və Belçikada 90 nəfərdən çox adam həlak olub

Baxış sayı:
759

Avropa ölkələrində leysan yağıntılarının törətdiyi daşqınlar nəticəsində həlak olanların sayı 90 nəfəri ötüb.

Yalnız Almaniyada ölənlərin sayı 81 nəfərə çatıb. 50 nəfər Reynland-Pfalts, 30 nəfər isə Şimali Reyn-Vestfaliya federal torpağında həyatını itirib. Təbiət hadisəsi nəticəsində itkin düşənlərin sayının minə yaxın olduğu ehtimal edilir. Bununla yanaşı, cümə günü regionda daha güclü yağışların yağacağı ehtimal olunur.

Qeyd edək ki, daşqınlar Belçika və Niderlandda da ciddi fəsadlar törədib. Belçikada 11 nəfər həlak olub.