Axtarış

The search found 105701 results in 0.006 seconds.

Search results

  1. ​Ankaradakı terrora görə 9 nəfər yaxalandı - DAVUDOĞLU AÇIQLAMA VERDİ

    Türkiyənin baş naziri Əhməd Davudoğlu fevralın 17-də axşam paytaxt Ankarada baş vermiş terror aktını hansı qüvvənin törətdiyini açıqlayıb.
    Bu gün Silahlı Qüvvələrin Baş Qərargahını ziyarət edən Ə. Davudoğlu terroru Suriyadakı kürd terror qruplaşması PYD-nin və onun silahlı qanadı YPG-nin üzvü, Haseke bölgəsindən olan Salih Necar adlı şəxsin törətdiyini bildirib. Baş nazir deyib ki, S. Necara Türkiyə daxilindəki PKK-çılar kömək edib. Ə. Davudoğlu bütün terrorçuların yaxalanaraq cəzalandırılacağını söyləyib. O, artıq bu işlə əlaqədar 9 nəfərin yaxalandığını açıqlayıb.

    Muxalifet - 18-02-2016

  2. İş adamının MTN-dəki havadarı açıqlandı – ELDAR MAHMUDOVUN QAYNI OLUB

    100 milyon dolları Kanadaya ötürən iş adamının sabiq MTN şefi ilə əlaqələri üzə çıxdı

    Muxalifet - 18-02-2016

  3. ​“MTN işi”ndəki vəkilin evi yandırıldı - SİFARİŞÇİ BƏLLİDİRİ

    Tanınmış vəkil İlham Əsədova məxsus 2 mərtəbəli ev qəsdən yandırılıb. Vəkilin sözlərinə görə, fevralın 16-dan 17-nə keçən gecə Sabunçu rayonu, Nardaran qəsəbəsindəki Bağlar massivində yerləşən 2 mərtəbəli villasında başlanan yanğın yaşayış yerini tamamilə məhv edib.

    Muxalifet - 18-02-2016

  4. Tikinti şirkətinin rəhbəri verginin adı ilə pul yığır – ŞİKAYƏT

    Azərbaycanda vətəndaşların ən çox şikayət etdiyi sahələrdən biri də tikinti şirkətləridir. Təsadüfi deyil ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov da əhalinin şikayətləri arasında bu sahədən olan narazılıqların üstünlük təşkil etdiyini bildirib.

    Muxalifet - 18-02-2016

  5. Eldar Mahmudovun ailə sərvətləri - ARAŞDIRMA

    Milli təhlükəsizlik nazirlərindən hələ heç biri vəzifəsindən bu cür getməmişdi. 11 il milli təhlükəsizlik naziri işləyən general-polkovnik Eldar Mahmudov 2015-ci ilin 17 oktyabr tarixində işdən azad edildikdən sonra rəhbərikdə təmsil olunan bir neçə şəxs həbs edildi, 250-dən çox əməkdaşı işdən çıxarıldı, nazirlik ləğv edildi, nazirliklə bağlı cinayət işi açıldı, nazirin atasının büstü Naxçıvanda uçuruldu və bu gərginlik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də sıçradı.

    Muxalifet - 19-02-2016

  6. Araz Əzimovun məqsədli yanlışı...

    O, şefinin mövqelərinin zəiflədiyi bir məqamda onun yerinə keçmək iştahasını ortaya qoyub?
     
    ...Bunun üçün təbii ki, Rusiyanın bir “böyük qardaş” kimi “dobrosuna” ehtiyac gərəkir ki, Araz Əzimovun son açıqlaması da rusları məmnun etmək xarakteri daşıya bilər
     

    Muxalifet - 19-02-2016

  7. ​Akif Çovdarovun həbs müddəti artırıldı

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.
    Trend-in məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

    Muxalifet - 22-02-2016

  8. ​“SOCAR”a yarım milyon dollar “atdılar”

    Azərbaycan Dövlət Neft Şirkətinin yarım milyon dollardan çox pulu mənimsənilib.

    Muxalifet - 23-02-2016

  9. ​"Ünvanlı sosial yardım ləğv edilsin" - DEPUTAT

    Milli Məclisin bugünkü toplantısında deputat Musa Quliyev  ünvanlı sosial yardımın verilməsindən danışıb. O, ünvanlı sosial yardımların ləğv edilməsini təklif edib:
    “Ünvanlı sosial yardımın dağıdılmaması istiqamətində nazir Səlim Müslümov tərəfindən işlər görülür. Lakin yenə də bu yardımın bir hissəsi dağıdılır. Ona görə təklif edirəm ki, ünvanlı sosial yardım ləğv edilsin və vətəndaşlara yardım edilməsi üçün başqa mexanizm hazırlansın”.

    Muxalifet - 23-02-2016

  10. ​İş adamı Dünyamin Xəlilov həbs edilib

    Sabiq millət vəkili Dünyamin Xəlilov həbs edilib.
    D. Xəlilov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə bir müddət əvvəl barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Bakı İstintaq Təcridxanasına köçürülüb.
    Bakı İstintaq Təcridxanasından APA-ya bildirilib ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş D. Xəlilov fevralın 20-də təcridxanaya gətirilib.

    Muxalifet - 23-02-2016

  11. Azərbaycanda rüşvət verənlər nə üçün cəzalandırılmır?

     
    Müzəffər Baxışov: “Rüşvət verənin zərərçəkmişə çevrilməsi onu məsuliyyətdən azad etmir”
     
    “Güc orqanlarına rüşvətlə bağlı məlumat rüşvət verməmişdən öncə verilməlidir”

     

    Muxalifet - 28-02-2016

  12. “Allahla insan ruhuna görə qohumdur”

    Sərdar Cəlaloğlu: “Qurani-Kərim insanın necə əmələ gəlməsini çox aydın izah edib”

    “Siz Qurani-Kərimdə elmə və fəlsəfəyə zidd olan heç bir fikir tapa bilməzsiniz

    Muxalifet - 28-02-2016

  13. Uzaq Tuvada Azərbaycan sevgisi

    Anay Haak Orlanqızı: “Bizlər tuva xalqı olaraq Türk Dünyası ailəsinin bir parçasıyıq

    “Tuvanın kəndləri və qəsəbələrində bizlər əski Gök Tanrı inancımızı yaşatmaqda davam edirik

    “Bizim bəstəçilər Üzeyir Bəyin musiqi xəzinəsinin irsini araşdırmaqla öz milli mədəniyyətimizin inkişaf yollarını arayırlar

    Muxalifet - 28-02-2016

  14. Məhkəmə müxalifətçi aktiv fəala şərti cəza verdi

    Muxalifet - 29-02-2016

  15. Xərçəngi yox edən bitgi

    ABŞ-ın Kaliforniya Universitetinin onkoloqları möhtəşəm kəşf ediblər.

    Muxalifet - 1-03-2016

  16. ​Nizami Qocayevin arzusu gerçəkləşib…

    Sadiq Gözəlov: “Nizami Qocayevin xidmətini ədliyyə orqanlarında davam etdirmək arzusu nəzərə alınıb”

    Muxalifet - 3-03-2016

  17. Göyçay sakini İlham Əliyevdən oğlunu əfv etməsini xahiş edir

    Almarə İsmayılova: “Oğlum Vüsal İsmayılov sevdiyi Mələk Piriyevanı evlənmək niyyəti ilə qaçırmışdır...”

    Muxalifet - 3-03-2016

  18. Aşıqlar Birliyinə yeni sədr seçildi

    Zəlimxan Yaqubu Məhərrəm Qasımlı əvəzlədi

    Azərbaycan Aşıqlar Birliyinə yeni sədr seçilib.
    APA-nın məlumatına görə, bu gün birliyinin yeni sədrinin seçilməsi ilə bağlı iclas keçirilib. İclasda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin üzvləri iştirak edib.
    Məhərrəm Qasımlı Aşıqlar Birliyinin yeni sədri seçilib.
    Qeyd edək ki, Aşıqlar Birliyinin əvvəlki sədri, xalq şairi Zəlimxan Yaqub bir müddət əvvəl dünyasını dəyişib.

    Muxalifet - 3-03-2016

  19. Polis müxalifətçi xanımdan əl çəkmir

    Dünən sahə müvəkkili Şərabani Hüseynlinin evinə gələrək onun qohumlarına qarşı hədə-qorxu gələrək onun olduğu yeri soruşmuşlar. Şərabanının qohumları onun ölkədə olmadığını bildirdikdə, sahə müvəkkili onlara qarşı daha da aqressiv davranaraq onlardan kimisə polis idarəsinə aparacağı ilə hədələyib. Bu haqda məlumatı saytımıza Ş.Hüseynlinin adının mətbuata açıqlanmasını istəməyən qohumlarından biri verib.

    Muxalifet - 5-03-2016

  20. ​Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin olunub

    Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub.
    Belə ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.
    İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.

    Muxalifet - 7-03-2016

Pages