Axtarış
The search found 105701 results in 0.006 seconds.
Search results
“Atəşkəs təşəbbüsü Putindən gəldi” – ƏLİ HƏSƏNOV
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Xəzər" televiziyasına eksklüziv müsahibə verib.
Muxalifet.az toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin müsahibəni oxucularına təqdim edir:
- Əli müəllim, aprelin əvvəlində təmas xəttində Ermənistanın növbəti təxribatının qarşısı alındı və bu hərbi əməliyyatlar atəşkəs dövrünün ən irimiqyaslı, böyük hərbi qarşıdurması idi. Ümumiyyətlə, əməliyyatları və onun nəticələrini necə qiymətləndirirsiniz?Muxalifet - 17-04-2016
Əkrəm haqlıdır, amma niyə...? – ƏLİSA NİCATIN YAZISI
1970-ci illərin əvvəlləri idi. “8-ci km qəsəbəsi”ndə qardaşımla yaşayırdıq. Qapı qonşumuz erməni idi. Raçik. Öz xalqını sevən, səmimi, xeyirxah bir qonşu idi.
Mənim ağılsız pantürkizm dövrüm idi. Dəli kimi idim.Muxalifet - 19-04-2016
Avropanın səhvi - BU, "MƏHV" KİMİ XARAKTERİZƏ OLUNA BİLMƏZ
Çağımızın düşünəri (mütəfəkkiri) Əlisa Nicatın “Hürriyyət” qəzetinin 29-31 mart 2016-cı il tarixli sayında çap olunmuş “Avropanın məhvi” adlı yazısını oxuduqca mövziya uyğun düşünəsi oldum.
Öncə, mən də Əlisa müəllimə qoşulub, bu, “həddindən artıq” humanist avropalıları o ki var qınayıram. Qınayıram ona görə ki, axı niyə bu mən deyənlər, onları kafir, pis sayan müsəlmanların və digərlərinin ağıldan maylflarlna qucaq açırlar? Ay bunların “beləsi, belə...” (Məmməd Araz).Muxalifet - 19-04-2016
SƏNƏ YENİDƏN SARILMAQ... İSTƏYİRƏM
Sənsizliyin acısı yamandı! AĞA, sənə çox ehtiyacım var!
Aşiqəm, dilim ağlar,
Sızıldar, simim ağlar.
Sən öldün, mən ağladım,
Mən ölsəm, kimim ağlar?!
Ağlaram, ağlar kimi,
Dərdim var, dağlar kimi.
Xəzəl ollam, tökülləm,
Viranə bağlar kimi.
Muxalifet - 21-04-2016
Eldar Mahmudovun daha iki generalı DTX-dan qovuldu – ONLAR HƏBS EDİLƏ BİLƏR
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun çox yaxın ətrafı kimi tanınan daha 2 generalın Dövlət Təhlükəsizlik Xidmətindəki (DTX) fəaliyyətinə son verilib. Məlumata görə, DTX-nın rəisi Mədət Quliyevin əmrilə general-mayor Əlimusa Əliyev və general-mayor Fərhad Vahabov təhlükəsizlik orqanlarından xaric olunublar.
Muxalifet - 22-04-2016
Jirinovskiyə qısa tarix dərsi – SƏRDAR CƏLALOĞLUNUN YAZISI
Rusiya əhalisini DNK testindən keçirdikdə sübut olunar ki, etnik ruslar mənşcə slavyan yox, həqiqətən türkdür
Rusiya uzun illər türklərin hakimiyyəti altında olmayıbsa, onda rus dilində bu qədər türk sözü necə meydana çıxıb?!
Əgər Azərbaycan Qriboyedovun “qanbahası” kimi Rusiyaya verilibsə, onda Qriboyedovun ölümündən çox-çox əvvəl “Gülüstan” müqaviləsi necə bağlanib və o, “Türkmənçay” müqaviləsinin bağlanmasında səfir kimi necə iştirak edib?!
Muxalifet - 26-04-2016
Sərdar Cəlaloğlunun qardaşı rəhmətə getdi – ŞƏHİD ATASI HƏYATA GÖZLƏRİNİ YUMDU
Qəhrəman şəhidimiz Rasim Məmmədovun atası Əbdül Məmmədov son günlər həkim nəzarəti altında saxlanılsa da, onun həyatını xilas etmək mümkün olmayıb
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun və tanınmış vəkil Qurban Məmmədovun qardaşı, Qarabağ qazisi Əbdül Məmmədov rəhmətə gedib.
Bu haqda Hurriyyet.org-a saytımızın baş redaktoru, mərhumun bacısı oğlu Vüqar Məmmədov açıqlama verib.
Qeyd edək ki, Əbdül Məmmədov aprelin 4-də Lələtəpə yüksəkliyinin alınması uğrunda şəhid olan mayor Rasim Məmmədovun atasıdır.Muxalifet - 27-04-2016
“Mən rektordan əvvəl musiqiçiyəm” - SƏYAVUŞ KƏRİMİ
“Milli Musiqi Akademiyasında rüşvət qəti ola bilməz”
“Tələbələrimin məhəbbətini görürəm və mən də onları çox sevirəm”
Muxalifet - 29-04-2016
Avropa Şurasının Baş katibi İlqar Məmmədova görə bəyanat verdi
İlqar Məmmədovun həbsdə qalmasıyla bağlı məhkəmə qərarı «dərin narahatlıq» yaradır. Bu bəyanatla aprelin 29-da Avropa Şurasının Baş katibi Thorborn Jagland çıxış edib.
Bəyanatda deyilir:Muxalifet - 30-04-2016
Kölgənin 3 şərti – SƏRKİSYAN DİK DURMAQ İSTƏSƏ DƏ... – TƏHLİL
Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ münagişəsinə dair danışıqların bərpa olunması üçün şərtlər irəli sürüb. Şərtlər aşağıdakılardan ibarətdir:
- İnsidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi;
- Ünvanlı bəyanatlar;
- Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət.
Şərtlərin hələlik mahiyyətinə varmadan öncə bu varlığın oğru almasına rəğmən doğrunu hesaba çəkmək cəsarətinin haradan qaynaqlandığına baxaq.Muxalifet - 30-04-2016
İraq parlamenti fəaliyyətini dayandırıb
İraq paytaxtı Bağdadda bazar günü vəziyyət siyasi böhran həddinə gəlib çatıb.
Şəhərdə fövqəladə vəziyyət elan edilib, etirazçılar paytaxtın beynəlxalq Yaşıl zona adlanan hissəsinin bəzi yerlərini ələ keçirib. Parlamentin üzvləri şəhəri tərk edir, hərbi qüvvələr isə yüksək hazırlıq səviyyəsindədir.
Bazar günü səhər şiə ruhan Müqtəda Əl-Sədrin başçılığı ilə etirazçılar partlament binasının qarşısındakı küçələrinə axışmağa davam edərək, Yaşıl zonada "Qələbə meydanı"nda toplaşıb.
Qanuvericilər şənbə günü etirazçıların parlamentə daxil olmasından sonra binanı tərk edib.Muxalifet - 2-05-2016
Əkrəm Əylisliyə azadlıq! – QARABAĞ ƏLİLİ YAZIR
Böyük yazarımız,”İstiqlal” ordenli ziyalımız Əkrəm Əylislinin barəsində Cinayət Məcəlləsinin (CM) 315.1 maddəsilə (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) cinayət işin başlanılması gerçəkdə şərləmənin ən yuxarı - “istiqlal” zirvəsidir. Bundan o yanası yoxdur. Özü də zaman-zaman bu hamımızın başına gəlib, gəlir və (sussaq) yenə də gələcəkdir.
Muxalifet - 5-05-2016
Emin Ağalarov Donald Trampı təbrik etdi: "Bu adam heç vaxt uduzmur"
Azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov ABŞ prezidentliyinə namizəd Donald Trampı son qələbəsi münasibəti ilə təbrik edib.
İnstagram səhifəsində birgə fotolarını paylaşan Ağalarov Trampı “məğlubedilməz” adlandırır və deyir ki, bu adam heç vaxt uduzmur.
“O deyib ki, əgər mən qaçarsam, böyük ehtimalla qələbə çalaram və bu adam heç vaxt uduzmur. Biz bunu bilirdik və buna indi əminik. Donald Trampı Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi qələbəsini təmin etməsi inanılmaz xəbərdir”.Muxalifet - 5-05-2016
Tofiq Yaqublu Norveçin Azərbaycandakı səfiri ilə görüşüb
Keçmiş siyasi məhbus, Müsavat başqanının müavini Tofiq Yaqublu bu gün Norveçin Azərbaycan və Gürcüstandakı səfiri Bord İvar Svendsen ilə görüşüb. Görüşdə Qarabağ məsələsi, ölkədəki ictimai- siyasi durum, demokratiya və insan haqları məsələləri müzakirə mövzusu olub. Eyni zamanda siyasi məhbuslarla, xüsusən də ən son həbs olunan NIDA-çı gənclərlə bağlı geniş fikir müzakirəsi aparılıb
Muxalifet - 13-05-2016
Putinin Bakı səfəri xəbəri yalan çıxdı - KREMLDƏN TƏKZİB
May ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri planlaşdırılmayıb.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, V.Putinin may ayında Bakıya səfər edəcəyi ilə bağlı xəbərlərin heç bir əsası yoxdur: “Bu ay ərzində prezidentin Azərbaycana səfəri planlaşdırılmır”.
Diplomatik mənbələrdən verilən məlumata görə isə Rusiya prezidentinin yay fəslinin sonuna kimi Azərbaycana səfər edəcəyi istisna edilmir. Səfər güman ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə iştiraklı bağlı olacaq. (apa)Muxalifet - 13-05-2016
Əlövsət Əliyev Ukraynada saxlanıldı
Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri, keçmiş polis rəisi, VHP sədri Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyevin bu günlərdə Ukraynada saxlanıldığı məlumatı yayıldı.
Xəbəri lent.az-a Ə.Əliyevin qardaşı, “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu da təsdiqləyib.Muxalifet - 13-05-2016
Vəkil İlqar Məmmədovla görüşüb – “Cümhüriyyətçilər təslim olmur!”
Mayın 13-də vəkil Cavad Cavadov Şəki İstintaq Tecridxanasında REAL hərəkatının lideri İlqar Məmmədovla görüşüb.
Bu barədə vəkil özünün Facebook səhifəsində yazıb.
“Əhvalı normaldı. Əvvəldən məhkəmədən gözləntisi yox idi, ona görə nəticəni təmkinli qəbul edib. Yaxın vaxtlarda Bakıya qaytarılmasını gözləyirik. İlqar Məmmədov məhkəməsinə gələnlərə, ona dəstək olanlara bir daha minnətdarlığını bildirdi. Cümhüriyyətçilər təslim olmur!!!”-deyə Cavad Cavadov yazır.Muxalifet - 13-05-2016
“Bizim rusbaşlar yenə ən yüksək qiyməti Rusiyaya verdilər”
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində “Eurovision-2016” mahnı müsabiqəsinin nəticələrini Qərb-Rusiya qarşıdurması kontekstində dəyərləndirib.
VİP mətbuat xidmətindən göndərilən yazını diqqətinizə çatdırırıq:Muxalifet - 15-05-2016
Salyan sakini qeyri-adi motosikl düzəltdi – FOTOLAR
Salyanda qeyri-adi motosikl görənlərin böyük marağına səbəb olub.
“Report” xəbər verir ki, rayonun Şorsulu kənd sakini, 39 yaşlı Xalıq Abbasov həmkəndlisi Elnur Hümbətovla birgə özünə məxsus motosikldə ciddi dəyişiklik edərək yeni avtomobil düzəldib.
Belə ki, yeni motosiklə “Vaz-2106” mühərriki, “Niva”nın sürət qutusu, “Moskviç” diferi və kuzov quraşdırılıb.
Motosiklin arxa hissəsinə “Jiquli”, ön hissəyə isə motosikl təkəri birləşdirlib.
Xalıq Abbasov 18 gündə araya-ərsəyə gətirilən motosikldən yalnız təsərrüfat işlərində istifadə edir.Muxalifet - 15-05-2016
İranda ABŞ əleyhinə qanun qəbul edildi
İran parlamenti (Məclis) hökuməti ABŞ əleyhinə iddia qaldırmağa və ABŞ-ın 1953-cü ildən başlayaraq atdığı addımlar nəticəsində ölkəyə dəymiş ziyanın ödənilməsini tələb etməyə çağıran qanun layihəsini qəbul edib.
APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, 216 parlamentaridən 118-i qanunun lehinə səs verib.Muxalifet - 15-05-2016