Axtarış

The search found 105701 results in 0.007 seconds.

Search results

  1. ​Gürcüstanda parlament seçkilərinin vaxtı bəlli oldu

    Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili  bugünkü sərəncamı ilə ölkədə parlament seçkilərini oktyabrın 8-ə təyin edib.
    APA-nın “Gürcüstan-onlayn”-a istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının mətbuat katibi Eka Mişveladze bildirib.
    Onun sözlərinə görə, Gürcüstan prezidentinin imzaladığı sərəncam artıq baş nazir Qeorqi Kvirikaşvili göndərilib. Ölkədə seçkiqabağı kampaniyaya iyunun 8-dən start veriləcək.

    Muxalifet - 3-06-2016

  2. Milyarder Məmişov deputat Əliyevə qarşı: “Hamını boğaza yığıb...”

    Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının keçirildiyi və prezident İlham Əliyevin diasporu birliyə çağırdığı bir vaxtda Rusiyanın Sankt-Peterburq şəhərindəki azərbaycanlı diasporu daxilində ciddi çəkişmə mətbuat səhifələrinə çıxıb. Buna səbəb Peterbuqun nüfuzlu azərbaycanlı milyarderi Vaqif Məmişovla yerli Dumanın deputatı Sayad Əliyev arasında qarşıdurmadır.

    Muxalifet - 4-06-2016

  3. ​Fransada daşqınlar 3 nəfərin ölümünə səbəb olub

    Fransada daşqınlar nəticəsində ölənlərin sayı 3-ə çatıb.
    «RİA Novosti» xəbər verir ki, Luara departamentində 60 yaşlı qadının meyiti su altında qalan evin həyətində aşkarlanıb. Bundan əvvəl iki nəfərin öldüyü bildirilirdi.
    Bir neçə gün davam edən güclü yağışlar nəticəsində Parisdə Sena çayının səviyyəsi son 34 ilin ən yüksək göstəricisinədək qalxıb.
    Çayda gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
     

    Muxalifet - 4-06-2016

  4. Klinton Trampı 11 faiz səslə qabaqlayır - SORĞU

    ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton əsas rəqibi olan Donald Trampı 11% qabaqlayır.
    Bu, «Reuters» agentliyi və «İpsos» araşdırma mərkəzinin keçirdiyi rəy sorğusunda bəlli olub.
    Demokrat partiyasının təmsilçisi H.Klintonu rəyi soruşulanların 46%-i, respublikaçı D.Trampı isə - 35%-i dəstəkləməyə hazırdır.
    Qeyd edək ki, mayın sonunda Klinton Donald Trampı cəmi 3%-lik üstünlüklə qabaqlayırdı.
    Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 8-də keçiriləcək.  

    Muxalifet - 4-06-2016

  5. Əfsanəvi boksçu Məhəmməd Əli vəfat edib

    Əfsanəvi amerikalı boksçu Məhəmməd Əli 74 yaşında vəfat edib.
    APA-nın məlumatına görə, bir neçə gün öncə Arizonada xəstəxanaya yerləşdirilən boksçu iyunun 3-də ağciyər çatışmazlığından dünyasını dəyişib.
    Məhəmməd Əli otuz ilə yaxın idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

    Muxalifet - 4-06-2016

  6. ​Rüstəm Ibrahimbəyovdan Xədicə Ismayıla məktub…

    "Politoloqlar və tarixçilər Sizin qəhrəmanlığınıza ətraflı araşdırmalar həsr edəcəklər"

    Muxalifet - 4-06-2016

  7. ​Merkel Əliyevlə nələri müzakirə edəcək?

    Ekspertlərə görə, hakimiyyət Avropa Birliyi ilə münasibətləri yaxşılaşdırmağa sadəcə olaraq məhkumdur

    Muxalifet - 4-06-2016

  8. Köhnə iqtidarın “yeni müxalifət” arzusu dəyişməyib…

    (1-ci yazı)

    Üçüncü dəfə “yeni qüvvə” tezisinin təkrar gündəmə gəlməsi aktuallaşmaqdadır

    Muxalifet - 4-06-2016

  9. ​Almaniya Rusiyanın tərəfdaş statusunu ləğv edir

    Almaniya 2006-cı ildən sonra ilk dəfə hökumətin milli təhlükəsizlik siyasətinin əsaslandığı “Ağ kitab”ı yeniləyəcək.
    APA-nın “Die Welt” nəşrinə istinadən verdiyi məlumata görə, kitabda əsas dəyişikliklərdən biri Rusiyanın tərəfdaş statusunun dəyişdirilməsi, bu ölkənin Almaniyanın rəqibi qismində əksini tapması olacaq.

    Muxalifet - 5-06-2016

  10. ​Türkiyə ilə Avropa İttifaqı arasında sazişin tətbiqi təxirə salındı

    Türkiyə Avropa İttifaqı arasında imzalanan və iyunun 1-dən miqrantların geri qəbulunu nəzərdə tutan sazişin tətbiqini təxirə salıb.
    Türkiyənin “Akşam” qəzetinin verdiyi məlumata görə, rəsmi Ankara buna səbəb olaraq Türkiyə və Avropa İttifaqı arasında viza rejiminin aradan qaldırılmasını nəzərdə tutan dialoqun nəticə vermədiyini bildirib.

    Muxalifet - 5-06-2016

  11. ​Xüsusi təyinatlılarımız beynəlxalq təlimlərdə iştirak edəcək

    Türkiyədə Azərbaycan, Gürcüstan və Bolqarıstan xüsusi təyinatlılarının iştirakı ilə desant təlimi keçiriləcək.
    Türkiyə mətbuatının verdiyi məlumata görə, Türkiyə Ordusunun Baş Qərargahından bildirilib ki, təlimlər 6-12 iyun tarixləri arasında baş tutacaq.
    Təlimlərə Türkiyədən quru qoşunları komandanlığına tabe olan Dağ Komando Məktəbi və Təhsil Mərkəzi Komandanlığının, eyni zamanda Qurudakı Hava Qoşunlarının Komandanlığından qrupların qatılacağı bildirilib.

    Muxalifet - 5-06-2016

  12. NASA uçuşlarını özəl şirkətlərə həvalə edəcək

    ABŞ son dəfə 2011-ci ildə Beynəlxalq Fəza Stansiyasına astronavtları öz fəza gəmisi ilə göndərdikdən sonra yeni astronavtların göndərilməsini Rusiya fəza gəmisi ilə həyata keçirilməyə başlandı. Lakin bu, bir neçə ilə dəyişə bilər. NASA və bir neçə özəl fəza şirkəti təkmilləşdirilmiş kapsul inkişaf etdriməyə səy göstərirlər.
    4.2 miliyard dollar dəyərində olan Boeing CST-100 Starliner lahiyəsi 2017-ci ildən başlayaraq astronavtarı Beynəlxalq Fəza Stansiyasına daşıyacaq.

    Muxalifet - 5-06-2016

  13. ​Dünyanın ən çox qazanan idmançıları – “FORBES”İN SİYAHISI

    Dünyanın ən çox qazanc əldə edən idmançılarının siyahısı açıqlanıb.
    "Forbes" jurnalının tərtib elədiyi siyahının ilk pilləsində Madridin “Real” klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu qərarlaşıb. K.Ronaldu "Forbes"-un siyahısına başçılıq edən ilk futbolçudur.
    O, ötən 1 il ərzində 88 milyon dollar qazanıb. K.Ronaldu gəlirlərinin 56 milyonunu klubu ilə müqavilədən, 32-i isə sponsorlardan qazanıb.

    Muxalifet - 9-06-2016

  14. “Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı üzrə müəllim kadrları hazırlanmır”

    ​Milli Məclisin deputatı Əflatun Amaşov Gürcüstan səfərindən danışdı

    Muxalifet - 11-06-2016

  15. Ayağımızı hara basırıqsa – Vətəndir!

    Şərif Kərimli
     

    Muxalifet - 11-06-2016

  16. Vətəndaşların ərizə və şikayətinə baxmayan məmurlar cəzalandırılacaq –Yeni qanun memurlar

     
    Azərbaycanda vətəndaşların müraciətlərinə (ərizə, şikayət və təklif) baxılması qaydasında pozuntular məsuliyyət yaradacaq.
     

    Muxalifet - 15-06-2016

  17. Sabiq YAP-çı nazirdən sensasion açıqlamalar:"Plan qurulmuşdu ki, gecəylə Elçibəyi öldürüb, eyvandan atsınlar"

     
    Yeni Azərbaycan Partiyasının qurucularından sayılan və 1993-cü ildən 2006-cı ilədək partiyanın sədr müavini olmuş Əli Nağıyev 1993-cü ilin iyun hadisələri ilə bağlı Moderator.az-a maraqlı müsahibə verib və sonrakı müzakirələrə rəvac verəcək sensasion fikirlər səsləndirib.
     

    Muxalifet - 15-06-2016

  18. Ziyalılar “Borçalı” Cəmiyyətinin fəaliyyətindən narazıdır

    Musa Nəbioğlu: “"Borçalı" Cəmiyyəti, təəssüf ki, borçalıları öz ətrafında birləşdirə bilmədi”
     
    Xaləddin İbrahimli: “Borçalının ciddi bir təşkilata ehtiyacı var”
     
    Zümrüd Qurbanov: “Bu, bir xalqın taleyi ilə oynamaq deməkdir”
     

    Muxalifet - 19-06-2016

  19. ​Təyyarə pilotu sərnişinləri gözləmədən havaya qalxdı

    "Eurowings" aviaşirkətinin pilotu 90 sərnişini gözləmədən təyyarəni havaya qaldırıb. ANS PRESS-in məlumatına görə, Düsseldorf hava limanından havaya qalxan pilotun"unutqanlığını" aviaşirkət nümayəndəsi şəhərdə gecə uçuşlarına tətbiq olunan qadağa ilə izah edib.
    Drezdenə uçan təyyarənin pilotu onlarla sərnişini gözləmədən hava limanını tərk edib. Sərnişinləri təyyarətə iki avtobusla gətiriblər, ilk avtobusda olanlar müvəffəqiyyətlə təyyarəyə minə biliblər.

    Muxalifet - 19-06-2016

  20. ​Xədicə İsmayıl 2500 manat cəriməni ödəməyəcək

    Araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaş Xədicə İsmayılın ittiham olunduğu 147.2 maddə üzrə (böhtan) cərimə qərarı amnistiyaya düşüb.
     
    Bu barədə o, özünün Facebook səhifəsində yazıb:
     
    “Bu gün amnistiyaya düşmüşəm.Elman Türkoğlunun şikayəti üzrə mənə kəsilən 2500 AZN cərimə amnistiyaya düşüb. Bu gün Binəqədi icra şöbəsində amnistiya qərarını mənə təqdim edib, işi bağladılar. Buna baxmayaraq, iyunun 28-də, saat 11.40-da həmin iş üzrə bəraət almaq üçün vəkilim Yalçın İmanovun şikayətinə baxılacaq”.
     
     

    Muxalifet - 21-06-2016

Pages