Kölgənin 3 şərti – SƏRKİSYAN DİK DURMAQ İSTƏSƏ DƏ... – TƏHLİL

Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ münagişəsinə dair danışıqların bərpa olunması üçün şərtlər irəli sürüb. Şərtlər aşağıdakılardan ibarətdir:
- İnsidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi;
- Ünvanlı bəyanatlar;
- Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət.

Şərtlərin hələlik mahiyyətinə varmadan öncə bu varlığın oğru almasına rəğmən doğrunu hesaba çəkmək cəsarətinin haradan qaynaqlandığına baxaq.
Bəllidir ki, ermənilər, onları öz dili ilə adlandırsaq, yəni haylar Qafqaz xalqlarına mənsub deyillər. Bu etnik qrup Qafqaza gəlmədir və bu köçürülmələr hansısa güclərin geosiyasi maraqlarının təmini kontekstində baş verib. Yəni bu etnik qrup bütün zamanlarda güclərin əlində siyasi alət olub və bu haylar varlıqlarını davam etdirməyi alət olmalarına bağlayıblar. Bu, onların həyat fəlsəfəsi olduğundan daim satılmaqdan, aldadılmaqdan, xəyanətdən qorxmuş, bir növ fobiyalarına çevrilmiş, kompleks formalaşdırmışdır. Bu gün Sarkisyanın irəli sürdüyü bütün şərtlərin kökündə məhz bu kompleksin təzahürləri mövcuddur.
Ortada bir də başqa məqam vardır ki, o da Sarkisyanın bu şərtləri irəli sürmək cəsarəti ilə bağlıdır. Əslində cəsarət alətlərə xas xüsusiyyət deyil. Çünki alətlər kölgə kimidirlər. Cəsarəti, iradəsi, onurğası olmaz. Onlar üçün cızılan dairədən kənara çıxmazlar. Bəzən sahibinin kölgəsini öz kölgəsi sanıb, boyunlarından yuxarı tullanmağa cəhd etsələr də, düşdükləri yer yenə də məhkum olunduqları dairənin içi olur.
Onların öz fikri olmaz, kölgəsi olduqlarının fikrinin ifadəçisi olurlar. Hərdən böyük görsənmək üçün dik duruş nümayiş etdirmək istərlərsə də, bunu bacarmazlar. Çünki kölgələrin onurğası olmadığındn sürünməyə məhkumdurlar.

Sarkisyanın şərtlərini gərəkdirən də onun üçün yaradılan yalan, zor və haqsız meydançanın genişliyidir. Özünü bu genişlikdə rahat hiss edən Sarkisyan təbii ki, şərtlər də irəli sürür, hələ bir barmaq da yellər. Bu, arxası bağlı köpəklərə xas xüsusiyyətdir. Bu qəbildən Sarkisyan da öz cinsindən kənarda və fərqli deyil. Çünki əgər ortada 24 llik işğal olmasına rəğmən hələ də Sarkisyan şərtlər irəli sürə bilirsə, demək ki, bu dünyada nə hüquq var, nə ədalət, nə də nizam.
Çağdaş dünyanın üzü çoxdur, hansı hərəkətin hansı üzlə edildiyini müəyyən etmək müşkül məsələdir. Bu gün savaşlar əvvəllər olduğu kimi birbaşa deyil, vəkalətən aparılır. Eynən PKK, İŞİD, PYD, YPG və Sarkisyan Ermənistanı kimi beynəlxalq alətlər vasitəsilə düşmənliklər yürüdülür. Bu düşmənliyin çərçivəsində isə Sarkisyanlar özləri üçün günəş altında yer düzəltməyə çalışırlar. Amma həmişə onu itirmək qorxusu ilə də yanırlar.
İndi isə Sarkisyanın şərtlərinin məğzinə diqqət edək.
Birincisi, insidentlərin araşdırılması ilə bağlı mexanizmlərin yaradılması ayının yüz oyununa bənzər. Çünki bu oyunlar bir armuda görədir, sayı nə qədər olur, olsun. İndiki şəraitdə də Azərbaycan bu qüdrəti ilə dayandırılmasa, buradan Sarkisyan Ermənistanına bir yağlı əkmək çıxmayacağı bəllidir. Ona görə də bu hüquqi və texniki mexanizmlər yaradılıb, tətbiq olunmayana qədər cəbhə xəttində ermənilər dinc durmayacaqlar. Çünki atəşkəsin intensiv pozulmasını Sarkisyan hakimiyyəti bu müxanizmlərin yaradılmasına yeganə vasitə olaraq baxırlar. 
İkincisi, Sarkisyan ünvanlı bəyanatlar deyərkən, burada Azərbaycanın birbaşa adının çəkilməsini və əngəl mexanizmlərlə durdurulmasını nəzərdə tutur. Çünki bu bəyanatlarda Ermənistanın ünvan olmayacağından əmindir. Ona görə ki, arxalı köpəkdir və bu arxadan istifadə edərək Azərbaycanın dayandırılmasını, hayların bütün istəklərinə razı salınmasını istəyirlər.
Üçüncüsü də bir erməni hiyləsidir. Çünki bu şərtin qəbul olunması avtomatik olaraq Azərbaycanı işğala məruz qalmasına rəğmən, aqressora çevirir. Bununla da Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqqını əlindən almış olur. Hansı ki, bu haqq BMT nizamnaməsinin 51-ci maddəsində təsbit olunub.
İndi də Sarkisyann şərtlər irəli sürdüyü bir zamanda Azərbaycan hakimiyyətinin buna adekvat olmayan davranışlarına diqqət edək. Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov cəbhəyanı bölgələrdə erməni silahlıları tərəfindən dinc əhali, yaşayış və ictimai binaların atəşə tutulmasına rəğmən münaqişənin ölkələrin ərazi bütövlüyü prinsipi, beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həlli üçün hələ imkanlar qaldığından danışır. Bunun üçün spiker nüfuzlu beynəlxalq qurumların və ayrı-ayrı dövlətlərin səylərinin artırılmasına ehtiyac olduğunu bildirir. Amma Azərbaycan toplumunun bu cür çeynənmiş bəyanlara qarnı toxdur. Çünki bu cür dişsiz addımlarla Ermənistan kimi beynəllxalq alətlərin ram edilməyəcəyini bilirlər. Ancaq bu yetərli deyil, çünki bu gerçəyi bir də hakimiyyətin bilməsi və gərəyini yetirməsi lazımdır.

Natiq Miri