DEPUTAT PARTİYASINDAN UZAQLAŞDIRILDI - Qüdrət Həsənquliyev bir, özü başqa açıqlama yaydı / Yenilənib

Baxış sayı:
564

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Elçin Mirzəbəyli üzvü olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasından (ƏHD Partiyası) xaric edilib.

Muxalifet.az-ın məlumatına görə, Elçin Mirzəbəyli Modern.az-a açıqlamasında bildirib ki, o, partiyadan xaric edilməsi ilə bağlı müraciət etməyib, xəbəri də yalnız mətbuatdan oxuyub.

“Mən partiyadan öz xoşumla çıxmamışam. Bununla bağlı müraciət də etməmişəm. Partiyanın İdarə Heyəti qərar verib. Ayın 29-da partiya sədrinin müavinliyindən azad olunmuşdum, ondan da xəbərim yox idi. Bu gün də siz dediyiniz xəbəri mətbuatdan oxumuşam”, - o bildirib.

***

Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədr müavini, deputat Elçin Mirzəbəyli partiya sıralarından xaric edilib.

Muxalifet.az “Gününsəsi.info”-ya istinadla xəbər verir ki, bu barədə partiyanın Rəyasət Heyətində qərar qəbul edilib.

ƏHD sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumatı təsdiqləyib.

O, deyib: “Elçin Mirzəbəylinin müstəqil şəkildə siyasi analitika ilə məşğul olmaq istəyini nəzərə alaraq onu partiyadan xaric etdik”.