PUTİNİN NÖVBƏTİ HƏYASIZLIĞI - Yaxud ruhu o, cismi bu dünyada olan adam...
16-10-2025 10:52
Baxış sayı:
153

Budur bax, Putinin dostluq-qardaşlığı. Suriyanın keçmiş prezidenti Bəşər Əsədlə qardaşlıq, həm müttəfiqlik etdi. Ona, oraya Rusiya hərbi bazası, qoşunlarını töküb İranla birgə: səni qoruyacam, deyib, ölkənin varı-sərvətini sümürdü. Sonra isə, Qərb və Türkiyənin dəstəklədiyi üsyançılar açıq hərəkətə keçib, Əsədə qarşı Dəməşqə hücuma keçəndə, İranı da qoltuğuna vuraraq, Bəşəri tək buraxıb, qoşununu götürüb tələsik aradan çıxdı.
Sonra da, Bəşər yıxılıb ölümdən qaçıb da özünə yer axtaranda, dedi qorxma nəyin var, götür gəl Moskvaya, sənin qoruyacam. Bəşər də nəyi var, qalan milyard sərvətini təyyarəyə qoyub, gətirib verdi, yenə Putinə. Putin isə, Moskva ətrafında ona bir qapalı yer ayırdı, dedi burdan tərpənmə, mühafizə-nəzarətdəsən, heç kimlə görüşmə və müsahibə vermə, yoxsa, səni düşmənlər vurar! Yəni, buradaca tam ömrünün axırına kimi çürü!
İndi, də Putin, bu tərəfdən də, Suriyada üsyana rəhbərlik edib, onun oradakı hərbi bazasını əzib dağıdan, qoşunlarını da, dostu Əsədi də qovan yeni Suriya Prezidenti Əhməd Əl Şaraanı böyük təntənə ilə Kremldə qəbul edir. Ona təriflər, xoş sözlər deyir, Rusiya-Suriya dostluğunun 70 illik tarixindən danışır... Bəşərin atası Hafiz Əsədin Suriya prezidenti dövr Brejnevlə dostluğundan.
Bəşər Əsəd də, oturub "ev dustaqlığında", baxıb bu kadrlara, bu Putin həyasızıığının dərəcəsinə və görəsən, nə düşünür? Beyni, ruhundan nələr keçir bu insanın? Anlayırmı heç, bu nə Putindir? Putin isə, əslində ruhən köçüb, paralel dünyada yaşayır, oradan öz cisminə baxıb heç düşünmür ki, onun Kremldəki bu, yüksək qəbul epizoduna baxan kimsə ona daha inanmaz... Vecinə deyil!
İlqar ALTAY
P. S.HƏMAS-la da belə etdi bax, İranla birgə. Onlara silah-pul verib, irəli terrora atdı, sonra da çəkilib də, onları İsrailə qırdırdı. İndi də Qəzza sazişini rəsmi alqışlayır, HƏMAS-ı tərksilah edən sazişi.