"Əli Həsənov istintaqa cəlb olunub və hər şeyi danışıb" - MEHDİYEV İŞİ

Baxış sayı:
181

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra prosesin davam edəcəyi və növbəti həbslərin olacağı ehtimal edilir.
Muxalifet.az xəbər verir ki, bu sırada adı daha çox hallananlardan biri isə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovdur.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli iddia edib ki, Əli Həsənov artıq istintaqa cəlb edilib:
"Bildiyimə görə daha əvvəl Əli Həsənov istintaqa cəlb edilib və çevriliş planı barədə məlumatları təfərrüatları ilə açıqlayıb".