BÖYÜK SAVAŞIN BiR ADDIMLIĞINDA - ABŞ yaxın saatlarda İranı vura bilər

Baxış sayı:
115

ABŞ hazırda hərbi donanmasını İran istiqamətinə doğru cəmləşdirir və bölgədə gərginlik sürətlə yüksəlir.

Muxalifet.az xəbər verir ki, İran tərəfi amerikalı hərbi gəmilərin birbaşa hədəf altında olduğunu bildirir və rəsmi Tehranın mövqeyinə görə, istənilən zərbə bütün Yaxın Şərqi əhatə edən genişmiqyaslı müharibəyə səbəb ola bilər.

Məlumata görə, bu xəbərlər əsasən SEPAH və SEPAH-a yaxın Telegram kanalları tərəfindən yayılmağa başlayıb. Hazırda isə mövzu demək olar ki, bütün Telegram kanalları tərəfindən geniş şəkildə tirajlanır və bölgədə böyük qarşıdurmanın qaçılmaz ola biləcəyi vurğulanır.

Eyni zamanda yayılan məlumatlarda beşinci nəsil F-35 qırıcılarının Yaxın Şərq regionuna yönləndirildiyi qeyd olunur. Bu addım ABŞ-ın bölgədə hərbi təzyiqi artırdığı kimi qiymətləndirilir və İran tərəfinin sərt ritorikası fonunda risklərin daha da artdığı bildirilir.