MEHDİYEV ÖZÜ İLƏ ONU DA APARACAQ? - Dövlət vəsaitlərini birgə mənimsədikləri iddia olunur

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başlanan cinayət işinin miqyası genişlənməkdədir.
İstintaq çərçivəsində artıq onun uzun illər yaxın çevrəsində yer alan və müxtəlif dövrlərdə birgə fəaliyyət göstərmiş şəxslərin də adları hallanır.
Onlardan biri — sabiq deputat, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin sabiq müdiri Elton Arzuman oğlu Məmmədovdur.
O, hazırda AMEA Sosial Xidmətlər şöbəsinin müdiridir.
Elton Məmmədov kimdir?
Elton Məmmədov 18 dekabr 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub.
O, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, Azərbaycan Texniki Universitetinin strateji inkişaf üzrə sabiq prorektoru, AMEA Yüksək Texnologiyalar Parkının sabiq direktoru və AMEA İşlər İdarəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.