Axtarış

The search found 105768 results in 0.161 seconds.

Search results

  1. 20 yaşlı Xəyal Nağıyevin qətlinin PƏRDƏARXASI – Qatil cəzasız qalacaq? / VİDEO

    2024-cü il oktyabrın 2-də, səhər saatlarında paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində dəhşətli qətl hadisəsi törədilir.
    Belə ki, 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olur. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elcan Süleymanov müəyyən olunaraq saxlanılır.

    Muxalifet2 - 10-06-2025

  2. Toğrul Allahverdiyev hekayəsi - Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

    Bir neçə gün öncə jurnalist Toğrul Allahverdiyevlə bağlı yayılmış video sosial mediada müzakirə mövzusuna çevrildi. Həmin vaxt, təbii ki, məsələnin mahiyyətini araşdırmaq, məlum videonun kim tərəfindən çəkildiyini, Tural Sadıqlıya necə, kim tərəfindən çatdırıldığı deyil, daha çox Toğrulun əxlaq məsələləri müzakirə olundu.

    Muxalifet2 - 10-06-2025

  3. Anar Cəbrayıllı yeni vəzifəyə TƏYİN OLUNDU

    Tanınmış jurnalist Anar Cəbrayıllı yeni vəzifəyə təyinat alıb.

    Belə ki, Anar Cəbrayıllı İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinin rəisi təyin edilib.

    Qeyd edək A.Cəbrayıllı bundan öncə uzun müddət “Azərsu” Açıq Səhmdar Cəmiyyyəti Mətbuat xidmətinin rəhbəri olub. Daha əvvəl isə ANS televiziyasında çalışıb.

    Muxalifet2 - 11-06-2025

  4. MEDVEDEV MÜHARİBƏDƏN NƏHƏNG SƏRVƏT QAZANIB – Eks-prezidentin qaranlıq əməlləri ilə bağlı şok faktlar

    Rusiyanın sabiq Prezidenti Dmitri Medvedevin Ukraynaya qarşı tammiqyaslı işğal müharibəsi fonunda sürətlə varlanması və ictimai simasının dəyişməsi, ölkədə hakim elitanın müharibədən qazanc aləti kimi istifadəsinin bariz nümunəsidir.

    Muxalifet2 - 11-06-2025

  5. BİABIRÇI VİDEOSU YAYILAN JURNALİSTİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? – Aslan İsmayılovdan sensasion açıqlamalar

    Tanınmış hüquqşünas Aslan İsmayılov özünün “İnstagram” hesabında bu günlərdə biabırçı videosu yayılan Toğrul Allahverdiyev haqqında maraqlı yazı paylaşıb. “Bu günlərdə videosu yayılan üzdəniraqlardan kimlər ölkənin tanınmışları düzəldib?!” sərlövhəli yazını oxucularımıza təqdim edirik:

    Muxalifet2 - 11-06-2025

  6. Rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri və oğluna hökm oxundu

    Rüşvət almaqda təqsirləndirilən “Dogruxeber.com” saytının rəhbəri İlham Həsənov və onun oğlu, saytın redaktoru Renar Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, İlham Həsənova 10 il, Renar Həsənova isə 1000 manat pul cəzası təyin edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

    Muxalifet2 - 11-06-2025

  7. “Caspian Road” onlarla vətəndaşı işlədib, 1 ildən çoxdur pullarını vermir - ŞİRKƏT RƏHBƏRLİYİNƏ ETİRAZ

    “Caspian Road” şirkətinin bir qrup işçisi - Mərdiyev Rəsul Çingiz oğlu, Əhmədov Ramiz Sadıx oğlu, Əfəndiyev İsbəndiyar, İsmayılov Bəxtiyar Cəfər oğlu, Adıgözəlov Adıgözəl İsbəndiyar oğlu, Quliyev Qasım Ənvər oğlu, Allahverdiyev Əli Valeh oğlu, Əhmədov İltifat, Mərdiyev Rəsul Çingiz oğlu, Mamedov Vidadi, İsmayılzadə Elmir Qəhrəman oğlu, Hacıyev Tahir, Mənsiyev Bəşir, Adilxanov Fasif Vaqif oğlu, Musayev Teymur Tahir oğlu, Hüseynov Elsevər Heydər oğlu, Hacıyev Yaşar, Əliyev Ramazan və Salmanov Elxan tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

    Muxalifet2 - 11-06-2025

  8. ƏMİSİ CEYHUNUN İZİ İLƏ GEDƏN VƏ ONUN ADINI DAŞIYAN ŞƏHİD! – Ordubadda bir ailənin iki şəhidi yad edildi / Video, Foto

    “Ordubadın Gənzə kəndindən olan qəhrəman bir ailənin – bir ocağın iki şəhidini yad etmək üçün ailəmizlə, dostlarımızla və Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş şəhid anaları ilə birlikdə Ceyhun balamızın ildönümündə iştirak etdik. Əmisi Ceyhun Hüseynovun adını daşıyan qardaşı oğlu da, qəhrəman əmisinin izi ilə gedərək, şəhidlik zirvəsinə ucaldı.

    Muxalifet2 - 12-06-2025

Pages