“Caspian Road” onlarla vətəndaşı işlədib, 1 ildən çoxdur pullarını vermir - ŞİRKƏT RƏHBƏRLİYİNƏ ETİRAZ

Baxış sayı:
643

“Caspian Road” şirkətinin bir qrup işçisi - Mərdiyev Rəsul Çingiz oğlu, Əhmədov Ramiz Sadıx oğlu, Əfəndiyev İsbəndiyar, İsmayılov Bəxtiyar Cəfər oğlu, Adıgözəlov Adıgözəl İsbəndiyar oğlu, Quliyev Qasım Ənvər oğlu, Allahverdiyev Əli Valeh oğlu, Əhmədov İltifat, Mərdiyev Rəsul Çingiz oğlu, Mamedov Vidadi, İsmayılzadə Elmir Qəhrəman oğlu, Hacıyev Tahir, Mənsiyev Bəşir, Adilxanov Fasif Vaqif oğlu, Musayev Teymur Tahir oğlu, Hüseynov Elsevər Heydər oğlu, Hacıyev Yaşar, Əliyev Ramazan və Salmanov Elxan tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, 1 ildən çoxdur şirkətdən əmək haqlarını ala bilmirlər:

"Hörmətli redaksiya!

Diqqətinizə çatdıraq ki, 1 ildən artıqdır maaşımızı “Caspian Road” MMC-dən ala bilmirik.

Mən, Mərdiyev Rəsul Çingiz oğlu, 2022-ci ildən 2024-ci ilə qədər həmin şirkətdə işləmişəm. Şirkətin mənə 6600 manat borcu qalıb.

Mən, Əhmədov Ramiz Sadıx oğlu, 12.05.2023-cü ildə işə qəbul olmuşam. Şirkətdən alacağım məbləğ  5250 manatdır.

Mən, Əfəndiyev İspəndiyar, 2023-cü ilin aprel ayından “Caspian Road” MMC-də işləmişəm. Laçın  şəhərində tikinti və abadlıq işlərində çalışmışıq. Şirkətin mənə 7 min manat borcu qalıb. Bununla bağlı şirkətin diretoru Vüsal Əliyevin qəbulunda olmuşuq. Bizə bildirib ki, "“Bakı Abadlıq Xidməti” MMC bizə olan borcunu vermir, bu səbəbdən də biz sizin pulları verə bilmirik".

Mən, İsmayılov Bəxtiyar Cəfər oğlu, hazırda şirkətdən 1520 manat alacağım qalıb.

Mən, Adıgözəlov İsmayıl Adıgözəl oğlu, şirkəttdən 1100 manat alacağım var.

Mən, Quliyev Qasım Ənfər oğlu, 2023-cü ilin aprel ayından “Caspian Road” MMC-də çilingər-usta vəzifəsini icra etmişəm. Hazırda şirkətdən 5000 min manat alacağım var.

Mən, Allahverdiyev Əli Valeh oğlu, şirkətdən 4300 manat alacağım var.

Mən, Əhmədov İltifat, “Caspian Road” MMC-dən 3700 manat alacağım var.

Mən, Mərdiyev Rəsul Çingiz oğlu, 2024-cü ilə qədər bu şirkətdə işləmişəm. Hazırda 6600 manat alacağım qalıb. 

Mən, Məmədov Vidadi, şirkətdə sürücü vəzifəsində işləmişəm, 1700 manat alacağım qalıb.

Mən, İsmayılzadə Elmir Qəhrəman oğlu, “Caspian Road” MMC-dən 2000 manat alacağım var.

Mən, Hacıyev Tahir, şirkətdən 1300 manat alacağım qalıb.

Mən, Mənsiyev Bəşir, “Caspian Road” MMC-dən 1300 manat alacağım var.

Mən, Adilxanov Fasif Vaqif oğlu, “Caspian Road” MMC-də operator vəzifəsində işləmişəm, 7 min manat ödəniş olunmalıdır.

Mən, Musayev Teymur Tahir oğlu, şirkətdən 8 min manat alacağım var.

Mən, Huseynov Elsevər Heydər oğlu, “Caspian Road” MMC-dən 3 000 min manat alacağım qalıb.

Mən, Hacıyev Yaşar, şirkətdən 418 manat alacağım var.

Mən, Əliyev Ramazan, “Caspian Road” MMC-də operator vəzifəsini icra etmişəm. Şirkətin mənə 470 manat borcu qalıb.

Mən, Salmanov Elxan, “Caspian Road” MMC-də işləyib, haqqımı ala bilməyənlərdənəm. Şirkətin mənə 4 500 manat borcu var. Hər dəfə yalan vədlər verərək, bizi aldadırlar.

Biz “Caspian Road” MMC rəhbərliyindən haqqımızı istəyirik. Əmək haqlarımızı heç vaxt tam verməyiblər, hər ay kəsiblər. Bu səbəbdən də bizə bu qədər borc yaranıb.

Onu da qeyd edək ki, “Caspian Road” MMC-nin borclu olduğu yalnız bizlər deyilik. Adlarını qeyd etmədiyimiz daha çox zərərşəkmiş var.

Sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan kömək istəyirik".

Məsələ ilə bağlı “Caspian Road” MMC-nin rəhbər heyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.