İCRA BAŞÇISI VƏ MÜAVİNLƏRİ SAXLANILDI - DTX əməliyyat keçirib / Yenilənir

Baxış sayı:
693

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.

Muxalifet.az xəbər verir ki, bu barədə "Teleqraf" məlumat yayıb.

Bildirilib ki, icra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır.

Məmurlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və onları aşmaqda ittiham olunurlar.

*** 15:12

Muxalifet.az xəbər verir ki, icra başçısı ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.

İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılır.

***15:05

Məlumata görə, əməliyyat nəticəsində başçıdan əlavə daha bir neçə vəzifəli şəxs saxlanılıb. Cinayət məsuliyyətinə cəlb ediləcək vəzifəlilər ilkin dindirmədən sonra 48 saat ərzində Səbail Rayon Məhkəməsinə çıxarılacaqlar.

Qeyd edək ki, o bu vəzifəyə 2010-cu ildə təyin olunub.

*** 14:52

Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

Muxalifet.az xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.

Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.

**