Azərbaycan vətəndaşı 137 milyon dollarlıq fırıldaqda İTTİHAM OLUNUR

Baxış sayı:
142

Azərbaycan vətəndaşı Sevindik Hüseynov ABŞ Federal Məhkəməsində Medicare Üstünlük Proqramı (Medicare Advantage) üzrə 137 milyon ABŞ dolları məbləğində səhiyyə fırıldağı sxemində iştirakını etiraf edib. Bu barədə ABŞ Baş Prokurorluğunun Şimali Kaliforniya üzrə ofisi məlumat verib.
Prokurorluğun məlumatında qeyd edilir ki,məhkəmədə Hüseynov Vonyes Inc adlı tibbi avadanlıq şirkətinin baş icraçı direktoru olduğunu bildirib. O, minlərlə saxta ödəniş tələbinin Medicare Advantage Təşkilatlarına (MAO) təqdim edilməsi sxeminə kömək etdiyini və bu sxemdə iştirak etdiyini etiraf edib. Hüseynov Vonyes vasitəsilə pasiyentlərə təqdim edilməyən, onların ehtiyacı olmayan və tibb işçisi tərəfindən təyin edilməyən tibbi avadanlıqlara görə MAO-lardan ən azı 137 milyon dollar məbləğində ödəniş almağa cəhd edib.
O, 2,8 milyon dollar məbləğində ödəniş çekləri aldığını və həmin çekləri özü tərəfindən açılmış Vonyes bank hesablarına yatırdığını etiraf edib. Pul hesablara yatırıldıqdan sonra Hüseynov vəsaitin böyük hissəsini Honq Konqdakı bank hesablarına köçürüb.
Sevindik Hüseynov ABŞ Cinayət Məcəlləsinin 18 U.S.C. § 1347 maddəsini (səhiyyə fırıldağı) pozduğuna görə qanunla nəzərdə tutulan maksimum 10 il həbs cəzası və 250 min dollar cərimə cəzasına məhkum edilə bilər. Onun barəsində yekun hökm 2 fevral 2027-ci il tarixində ABŞ Dairə Məhkəməsinin hakimi Noel Wise (Noel Wise) tərəfindən elan ediləcək.
Qeyd edək ki, Sevindik Hüseynov Hüseynovun 17 iyun 2025-ci ildə həbs edilib və hazırda Federal Həbisxanada saxlanılır