Azərbaycanlı qanuni oğru Tiflisdə tutuldu – RƏSMİ
24-10-2017 12:23

Tiflisdə azərbaycanlı qanuni oğru yaxalanıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Daxili İşlər İşlər Nazirliyi yayıb. Nazirlik qanuni oğru ilə bərabər, bir Gürcüstan vətəndaşının da saxlanıldığını bildirib.
Həbs edilən qanuni oğrunun Gəncədən olduğu bildirilsə də, onun adı açıqlanmayıb. Onların həbsinə səbəb Gürcüstan vətəndaşından zorla 2000 dollar tələb etmələri olub.
Qeyd edək ki, bundan öncə Gürcüstan mətbuatı gəncəli qanuni oğrunun Tiflisdə yaxalanması barədə informasiya yaysa da, nazirlik bunu təsdiqləməmişdi.