Azərbaycanlı əsirlərə işgəncə verən erməni hərbi canilərinə hökm oxundu - "LYOXA" VƏ "LYOŞA" 20 İLİ HƏBSXANADA KEÇİRƏCƏK

Baxış sayı:
2761

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə verməkdə və digər cinayətlər törətməkdə təqsirləndirilən erməni hərbi caniləri Mkrtiçyan Lüdvik Mkrtiçoviç (“Lyoxa”) və Xosrovyan Alyoşa Aramaisoviçin (“Lyoşa”) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

akı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə Yasamal məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Mkrtiçyan Lüdvik Mkrtiçoviç (“Lyoxa”) və Xosrovyan Alyoşa Aramaisoviç (“Lyoşa”) hər biri 20 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər cəzalarının ilk 10 ilini həbsxanada, digər hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

"Lyoşa" və "Lyoxa" ötən ilin payızında, İkinci Qarabağ müharibəsi zamanı hərbçilərimiz tərəfindən yaxalanıblar və araşdırma zamanı onların azərbaycanlı hərbi əsirlərə amansız işgəncələr verdikləri üçün axtarışda olduqları müəyyənləşib. Bu hərbi canilərə cinayət işi açılıb və çoxsaylı zərərçəkənlər-keçmiş hərbi əsirlər məhkəmədə onların törətdikləri əməllərdən danışıblar./Virtualaz.org