Baxçalının Ərdoğana hədiyyə etdiyi xəritə Rusiya mediasında gündəm oldu – RUSLAR PROSESİN CİDDİLƏŞDİYİNİ DƏRK EDİRLƏR…

Baxış sayı:
928

Xəbər verdiyimiz kimi, dünən - 17 oktyabr 2021-ci il tarixində Türkiyənin Mlillyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı prezident Ərdoğana "Türk dünyası" xəritəsini təqdim etdi.

Qafqaz.media xəbər verir ki, Rusiyanın "Gazeta.ru" media resursunun ardınca, "RBK" xəbər portalı da MHP liderinin qardaş ölkənin prezidentinə "Türk dünyası" xəritəsini təqdim etməsinə sərt reaksiya verib. Materialda bu xəritəyə Sibir əraziləri də daxil olmaqla, Rusiyanın bir sıra faktiki torpaqlarının təsvir olunduğu açıq etiraz doğurub.

"RBK" xəritədə Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın qırmızı rənglə, bir sıra Balkan yarımadası ölkələrinin, İranın bir hissəsinin, Rusiyanın cənub regionları, eləcə də Sibirin böyük hissəsinin və Monqolustanın qərb hissəsinin narıncı rəngdə, Altay, Yakutiya və Çinin Uyğur Sincan bölgəsinin sarı rəngdə təsvir olunduğunu bildirir. Həmçinin, bu rənglərin nə anlama gəlməsinin açıqlanmadığını da qeyd edir.

Görünür, ruslar prosesin ciddiləşməyə doğru getdiyinə şahid olunca, verdikləri reaksiya da artır.