“Bəhram Bağırzadə hələ reanimasiyadadır” - Həyat yoldaşı

Baxış sayı:
6653

Əməkdar artist Bəhram Bağırzadə hazırda reanimasiyadadır. Bu barədə Modern.az-a onun həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib.

Ş.Bağırzadə deyib ki, əvvəlki vəziyyətilə müqayisədə Bəhram Bağırzadənin səhhətində xeyli irəliləyiş var:

“Amma hələ də müalicəsi davam etdirilir. Reanimasiyadadır, koronavirus səbəbindən yanına heç kim buraxılmır”. 

“İnstagram” hesabından yazdığı statusa gəlincə, həyat yoldaşı telefonun qısa müddətlik Bəhram Bağırzadədə olduğunu bildirib. 

Qeyd edək ki, bir müddətdir koronavirusdan müalicə olunan Əməkdar artist Bəhram Bağırzadə “İnstagram” hesabından Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.