Bərdədə partlayış: yaralananlar var
2-11-2019 21:28
Baxış sayı:
8644

Bərdə rayonunda "Amminal" partlayıcı vasitəsi partlayıb.
Hadisə Arabaçılar kəndində qeydə alınıb.
Belə ki, partlayıcı vasitə olan "Amminal" ehtiyatsız davranma nəticəsində gəncin (şəxsiyyəti müəyyənləşdirilir -red) əlində partlayıb. Nəticədə o və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Aminal" partlayıcı vasitədir. Ondan qanunsuz ov zamanı istifadə olunur.