Daş karxanasında FACİƏ: Sürücü yük maşını dağdan aşırdı
9-10-2019 12:22
Baxış sayı:
12727

Bakının Qaradağ rayonunda daş karxanasında bədbəxt hadisə baş verib.
Rayonun Korgöz qəsəbəsindəki daş karxanasında 1987-ci il təvəllüdlü Malik Qasımov idarə etdiyi "KaMAZ" markalı yük avtomobilini dağdan aşırıb. Nəticədə xəsarət alan sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.