Ədliyyə Nazirliyi İCRA XİDMƏTİnin “elektron icra” dələduzluğu

Baxış sayı:
428

Qarabağ qazisinin tələbkar olduğu 10 işin 9-u sistemdən silinib, inzibati məhkəmə qərarlarınınsa ƏN-ə aidliyi yox(muş)

Ədliyyə Nazirliyinin icra şöbələrinin dövlətin adından çıxarılan məhkəmə qərarlarını borclu dövlət orqanlarının, vəzifəli şəxslərin  sifarişi ilə icra etməməsi bu günün söhbəti deyil, illərdir sürən özbaşınalıqdır. Özü də icra xidməti məhkəmə (hakimləri) ilə elə qeyri-prosessual münasibətə girir ki, hətta tələbkar borclu çıxarılır, icraya mane olmaqda suçlanır, hətta işgəncəyə uğradılır, həbs edilir. (?) Tələbkar həm “hörmətli”- rüşvətli, həm də “arxalı” olanda isə vay borclu şəxsin halına! Uzağa getməyək, elə bu günlərdə tanınmış jurnalist, baş redaktor Vüqar Tofiqoğlunun özünə xəbər vermədən daşınar  əmlakına- avtomobilinə həbs qoyulması məhkəmə-icra xidməti tandeminin qərəzli özbaşınalığına sübutdur. Bəyəm borclu icradan yayınır, başqa daşınar əmlakından-əmək haqqından, gəlirlərindən aylıq tutmadan imtina edir?

Hakimlərin öz xeyirlərinə (?-bəyəm hakimlər baxdıqları işdə tərəf olurlar ki, öz başının xeyrinə akt çıxarsınlar?! -M. B) çıxardıqları qərarlar üzrə icra sənədləri  isə elə gecə ilə  konkret ad-soyadlı  icra məmuruna ünvanlanır, gecə yarısı da icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir. Elə bilirsiniz şişirdirik? Fakt: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Rafael Eyvazovun qanunsuz göstərişi ilə Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə üçlüyü bu sətirlərin yazarı 1-ci dərəcəli Qarabağ qazisini yatağında məhkəməyə iddia (?) verdiyinə görə 400 manat, Fuad Abdıyev, Cəmilə Musayeva, Fuad Babayev üçlüyü kassasiya şikayəti verməyə vəkillə təminatına  (??) ərizə verdiyinə görə  100 manat, Nizami məhkəməsinin kommersant hakimi Qumru Əliyeva (VÖEN 1400028632) hakimə etiraza (???) görə 300 manatlıq cərimə qərarını “mürəkkəbi qurumamış” icraya yönəldib. Özü də apellyasiya hakimləri icra məmurunu Nizami, (Əlihüseyn Aslanov), Nizaminin hakimi isə Nərimanov icra şöbəsindən (Sevinc Qurbanova) seçiblər. İcra məmurları da icra sənədinin “İcra haqqında” qanunun tələbinə zidd olmasına baxmadan anında icraata başlamaq haqqında qərar çıxarıblar və elə gecə ilə “elektron icraya” başlayıblar.  Özbaşınalığa baxın, icraata başlamaq haqqında qərardan şikayətlərin qəbulundan da imtina edilib və apellyasiya şikayəti də qərarı çıxaran “vicdan heyəti”nin özünə verilib. Təbii ki, nə etiraza baxılıb, nə şikayətin dəlillərinə. Hansı hakim, hansı heyət öz “ayranına turş,  deyər”?

15.10. 2025-ci ildə 4047171 stasionar nömrəsindən zəng edən Ədliyyə Nazirliyinin İcra xidmətinin  əməkdaşı “elektron icra” sistemində tələbkar 1-ci dərəcəli Qarabağ əlilinin xeyrinə borclu “Azərsığorta”ya qarşı 2 işdən özgə heç bir icra işinin olmadığını, əleyhinə isə Nərimanovda 2 cərimə işinin olduğunu bildirib. Bəs Nizami və Xətai icra şöbələrinin 17-ci ildir icra etməkdən imtina etdiyi Xətai məhkəməsinin 26.05.2009-cu il tarixli 2(011)-451/09 və 21.06.2011-ci il tarixli 2(011)-855/11 saylı 2 qətnaməsi necə ? Axı borclular ƏMDX, Nizami RİH (MKTB) ƏN-in icra şöbələrini də rüşvətlə susdurmaqla qazi-tələbkara sahibkarlıqla məşğul olmağa məhkəmənin ayırdığı Nizami rayonu, Bəhruz Nuriyev-10a ünvanındakı qeyri-yaşayış otaqlarını öncə həmin ünvandakı bankın, bank məhkəmə qorxusundan bunu yalanlayanda 9 yaşlı rayon sakini olmayan (?) Hüseynov Aydın Bəxtiyar oğlunun, 2021-ci ildə ata adı olmayan (?) Türkiyə vətəndaşı Kerem Sezerin adına sənədləşdiriblər. Axı tələbkar 1-ci dərəcəli Qarabağ əlili icranı tələb etdiyinə görə icra məmurlarının sifarişilə evindən polislə  oğurlanıb, 2 sutka işgəncə kamerasında saxlanılıb. Hətta 2011-ci il tarixli icra sənədini qətnamə ilə birlikdə 3 il sonra-2014-cü ildə tələbkara göndərən hakim Raziya Ataşovanı icra məmurları müstəntiq Qalib Kərimlinin göstərişi ilə işgəncə kamerasına gətirib tələbkar 1-ci dərəcəli Qarabağ qazisinin üzünə durdurublar! Keçmiş hakim də özünün göndərdiyi məktubdan imtina edib ki, icra vərəqini göndərməyib, tələbkara icra vərəqi verilmir. (??) Bu arqumentlərə 4047171 nömrəsindən bir həftə qabaq zəng edən icra xidməti əməkdaşının cavabı “elektron icra” sistemində icra işinin olmaması” olub. Bəs bu dələduzluq deyil? Necə olur, tələbkar 17 ildir icranı tələb edir, icra işi elektron sistemə qoyulmur, amma saxta məhkəmələrin öz xeyrinə çıxardığı dələduzluq işləri gecə ilə sistemdə yerləşdirilir? Budur hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi?

İş ki məhkəmədən , icradan, həbsdən düşdü, vurğulamaq yerinə düşər. Tələbkar 1-ci dərəcəli Qarabağ qazisini şər-böhtanla ağır cinayətdə suçlamağa görə sahə müvəkkili Elçin İslamova qarşı, ƏƏSMN-in, Nizami RİH-in keçmiş şöbə müdiri Əli Axundova qarşı Nizami məhkəməsinə xüsusi ittihamlı şikayətlərin icraata qəbulundan çeşidli bəhanələrlə imtina edilib və yuxarı instansiyalar da çağırmadan aşağı instansiyanın qanunsuzluğunu qüvvədə saxlayıb. (ƏLİ AXUNDOV ÖZBAŞINALIĞINA QMƏVŞA-NIN SƏDRİ MEHDİ MEHDİYEVİ də ƏƏSMN-İN MƏSUL ŞƏXSİ (QHT SƏDRİ ƏƏSMN-İN MƏSUL ŞƏXSİ NECƏ OLUR, MƏHKƏMƏ BUNU ARAŞDIRMAQDAN da İMTİNA EDİB) KİMİ QOŞUB) Hakimlər də kim olsa yaxşıdır? Elə Vüqar Tofiqoğluna “şəxsi avtomobil hökmü” oxuyan Mətanət Hacıyeva, Nəriman Mehdiyev! Hələ hakim Nigar Qədirli  də öz rolunu oynayıb, xüsusi ittiham edilən şəxs Elçin İslamov  məhkəmədə “incik” ifadə verib ki,  özündən başqa daha 6 polisin tələbkar qazi işgəncə kamerasında olanda məhkəmə qərarı olmadan mənzilə girib, niyə təkcə o xüsusi ittihamla üz-üzədir, Mətanət Hacıyeva “video-votsapp görüntüsü”nü anında kəsib. (?) Nigar Qədirli isə mənzilin “şmon” edilməsindən 40 gün sonra (??) “axtarış qərarı”nı köhnə tarixə imzalayıb.(?)

Bunları vurğulamaqda amacımız  eyni məhkəmə, eyni hakimlər, eyni icra şöbələrinin  “hörmətli” – rüşvətli tələbkarı müdafiə etməsi,  qazi tələbkarı isə 17-ci ildir məhkəmə müdafiəsindən məhrum etmələri özbaşınalığını, qeyri-prosessuallığını, ayrı-seçkiliyi diqqətə çatdırmaqdır. Bu qeyri-prosessualığa , ədalətsizliyə Baş prokurorluq, Məhkəmə Hüquq Şurası , beynəlxalq qurumlar- ATƏT, BMT, AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ hələ də susur...

Məğrur BƏDƏLSOY