Ermənilər Tərtər istiqamətində irimiqyaslı təlimlərə başlayıb - Hadisə yerindən FOTOLAR
31-10-2019 22:03
Baxış sayı:
9499

Ermənilər işğal altında saxladıqları Qarabağda yeni hərbi təlimlərə start veriblər.
Muxalifet.az xəbər verir ki, bu barədə modern.az Ermənistan KİV-ə istinadla məlumat yayıb. Bildirilir ki, təlimlər cəbhənin Tərtər rayonu istiqamətində aparılıb.
Təlimlərə tank batalyonları, minlərlə əsgər və artilleriya vasitələri cəlb olunub. Bu təlimlərdə əsas məqsəd müdafiə və əks-hücum taktikalarının real döyüş şəraitində yoxlanılması olub.