Ermənilər Tərtərdəki su anbarımızda təlim keçdi... - FOTOLAR

Baxış sayı:
1112

Qarabağda hələ də Rusiya hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu erməni rejiminin  qanunsuz  "fövqəladə hallar xidməti"nin "xilasetmə xidməti"nin əməkdaşları "əsas mülki müdafiə tədbirləri, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması planına uyğun olaraq" Sərsəng su anbarında növbəti dalğıc təlimləri keçiriblər.

Ermənilər Tərtərdəki su anbarımızda təlim keçirdi...-FOTOLAR

Bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

"Belə kurslar və praktiki məşğələlər fövqəladə hallar xidmətində tez-tez təşkil olunur... Bu ilin

iyul-avqust-sentyabr aylarında tematik dalğıc kursları təşkil olunub" - erməni saytlarının Azərbaycan torpağındakı təlimlər haqqındakı xəbərində belə deyilir

P.S....

Zəruri xatırlatma və arayış:

Sərsəng su anbarı — Azərbaycana məxsus 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində , inşa edilmiş su anbarıdır(1, 2). Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir[3]. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı hazırda Tərtər (keçmiş Ağdərə) rayonu ərazisində yerləşir və Azərbaycan tərəfindən istismar olunur. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur. Hazırda su anbarına və onun qurğularına işğal altında 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarı onun aşağı byefində yerləşən əhali üçün ciddi təhlükə yaradır. Lakin anbarın işğaldan azad olunması onun yenidən işlək vəziyyətə gətirilməsi üçün şərait yaradır.

Vəziyyəti[4]

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin hazırladığı “Azərbaycanın sərhəd rayonunun əhalisi sudan məhrum edilmişdir” adlı qətnamə layihəsi erməni lobbisinin ciddi maneələrinə baxmayaraq, qurumun büro iclasında müzakirə olunmuş və məruzəçi təyin edilməsi ilə əlaqədar sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinə yönləndirilməsi barədə təklif büro tərəfindən yekdilliklə qəbul edilmişdir. Bu qərar həmin gün büronun iclasından dərhal sonra Assambleyanın plenar sessiyasında təsdiqlənmişdir. Sərsəng su anbarı ilə bağlı 13468 saylı sənədi 11 ölkənin 27 deputatı imzalamışdır.

Sənəddə bildirilir ki, Assambleya problemin vacibliyini nəzərə alaraq bu məsələ ilə ciddi şəkildə məşğul olmalı, bununla əlaqədar tezliklə xüsusi ölçü götürməli, beynəlxalq ictimaiyyətə çağırış səsləndirmək üçün qətnamə layihəsi qəbul etməlidir. 2016-cı ilin yanvar ayında Avropa Surası Parlament Assambleyası Sərsəng su ambarı ilə bağlı 2085 saylı qətnamə qəbul etdi. Həmin ilin aprel may aylarında Azərbaycanda ABŞ Prezidentinə bu qətnamə ilə bağlı Petisiya unvanlandı. Petisiya 300 mindən artıq imza topladı. İmza toplama kampaniyasında Azərbaycanla yanaşı qardaş Türkiyə vətəndaşları da fəal iştirak etmişlər.

İstinadlar(vikipediya):

1. Тертер, Словари и энциклопедии на Академике  (rus.)
 2. Сарсангское водохранилище, Словари и энциклопедии на Академике  (rus.)
 3.  AzTV. "Sərsəng su anbarı işğaldan azad edilərsə..." (az.). Youtube.com. 30.10.2020. İstifadə tarixi: 2020-10-30.
4.  Sərsəng su anbarı ilə bağlı məsələ AŞPA-nın sessiyalarının birində müzakirə olunacaqdır./moderator.az