ERMƏNİLƏRİN KƏLBƏCƏRDƏN KÖÇÜ DAVAM EDİR – İtli-pişikli daşınırlar / FOTOLAR
23-11-2020 12:26
Baxış sayı:
1349

Azərbaycanın işğal altındakı Kəlbəcər rayonundan ermənilərin köçü davam edir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, rayon noyabrın 25-nə qədər Azərbaycana təhvil veriləcəyi üçün köç prosesi sürətlənib.
Ötən müddət ərzində rayonda məskunlaşdırılmış 3 mindən artıq sakin Ağdərə-Vardenis yolu ilə Ermənistana qayıtmaqda davam edir. Onlar şəxsi əşyalarını, ev heyvanlarını və hətta yaxınlarının qəbir daşlarını da özləri ilə aparırlar.