Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri məhv edildi - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA: "DÖYÜŞ DAVAM EDİR" / YENİLƏNDİ

Baxış sayı:
944

Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.

"Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq", - məlumatda vurğulanıb.

***14:06

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür", - nazirlikdən bildirilib.