GÖYÜŞOVUN PORNO-VİDEOSUNU KİM YAYIB? – Hüquqşünas: “Şəxsi həyata müdaxilədir, məsuliyyətə cəlb olunmalıdır”

Baxış sayı:
421

Dünən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun pornoqrafik videosu yayılıb. Həmin görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bu cür videolar artıq bir neçə dəfədir ki, sosial şəbəkələrdə yayımlanır. Hadisəyə münasibət bildirənlərin bir qismi bunu şəxsi həyata müdaxilə kimi qiymətləndirir. Bu faktın ictimailəşməsi şəxsi həyatın toxunulmazlıq hüququnun pozulmasıdırmı?

Hüquqşünas Ələsgər Əhmədoğlu Yenisabah.az-a açıqlamasında bildirib ki, şəxsin icazəsi olmadan şəxsi həyatı haqqında məlumat yaymaq olmaz:

“Konstitusiyanın 32-ci maddəsi şəxsi həyatın toxunulmazlığını qoruyur. Bu dövlət tərəfindən qorunur. Bununla bağlı 2009-cu ildə konstitusiyaya müəyyən müddəalar əlavə olunub. Bu şəxsin icazəsi olmadan qanunsuz təqib olunma, çəkilmə, yayma hallarının hamısını əhatə edir. Hadisədə şəxsin icazəsi olmadan yayılma halının olduğunu aydın şəkildə görmək olar. Bu da avtomatik olaraq konstitusiyanın pozulması deməkdir”.

Hüquqşünasın sözlərinə görə, bu işi görən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər:

“Ayrıca şəxsi həyata müdaxiləni Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsi qoruyur. Bu sadəcə müdaxilənin hüququ nəticəsi ilə olar. Hüququ nəticəsi cinayət məcəlləsinin 156-cı maddəsi ilə cinayət məsuliyyəti yaradır. Bu əmələ yol verən hər hansı şəxs haqqında şikayət verildiyin də cinayət işi açılır, 156-cı maddə ilə məsuliyyətə cəlb olunur.

Düşünürəm ki, şəxsi həyat toxunulmaz olmalıdır. Bu mənadakı insanların öz şəxsi həyatına yönəlik necə davranacağı cəmiyyət üçün maraqlı olmamalıdır, deyil də”.

Ə.Əhmədoğlu fikrincə, qanunvericiliyə əməl olunmaması gələcəkdə hamının şəxsi həyatına mənfi təsir göstərə bilər:

“Bununla yanaşı təhdid halına da gələ bilər. O zaman hüquq da işləməz. Hüquq işləməsə dövlətə olan etibar, inam olmaz. Ona görə mən düşünürəm ki, bu tip videoları yayanlar dərhal tapılmalı və məsuliyyətə cəl olunmalıdır.

Hadisənin digər tərəfi davranış məsələsidir. Bu artıq etik məsuliyyət məsələsidir. Daha sonrakı mərhələdə bunu müzakirə etmək olar. Amma hüququ aspektdən baxdıqda şəxsi həyata heç kəs müdaxilə etməməlidir. Edən də məsuliyyətə cəlb olunmalıdır”.