Gürcüstanda daha 6 nəfərdə koronavirus aşkarlandı
3-08-2020 08:33
Baxış sayı:
1401

Gürcüstanda son sutka ərzində daha 6 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 177-yə yüksəlib, bu virusdan ölənlərin sayı isə 17-dir.
Bundan əlavə, indiyədək 955 nəfər sağalıb. Ölkədə 205 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.