“İnsanlar aclıqdan bir-birini öldürür, ətini yeyirdi” - Şimali koreyalı qaçqın

Baxış sayı:
1798

Şimali koreyalı qaçqın və hüquq müdafiəçisi Çjihyon Pak ötən əsrin 90-cı illərində ölkədəki aclıq və kannibalizmdən danışıb.

Lenta.ru xəbər verir ki, o, hər gün küçədə yeni cəsədlərin peyda olduğunu bildirib.

“İnsanlar aclıqdan ağlını itirir, bir-birini öldürür, ətini yeyirdi. Onlar hətta uşaqları da yeyirdilər”, -deyə Pak qeyd edib.

Onun sözlərinə görə, ailəsi də siçovul yeməklə dolanıb. Dayısı isə aclıqdan ölüb.

Qeyd edək ki, hazırda Şimali Koreya yeni aclıq təhlükəsilə üzləşib.