İnstaqramda BİABIRÇILIQ - Qadınlar SATIŞA ÇIXARILDI
2-11-2019 11:21
Baxış sayı:
7687

Küveytdə insan alverçiləri qadınları satmaq üçün “İnstagram”dan istifadə edib.
Muxalifet.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Qadınların fotolarının altında cinayətkarlar müxtəlif haştaglar yerləşdiriblər. Onlardan biri #maidsforsale olub.
Qul ticarəti ilə bağlı məlumatlar mediada dərc edildikdən sonra Küveyt hakimiyyəti sosial şəbəkələrdəki müvafiq hesabların bağlanması barədə tapşırıq verib.
“İnstaqram”dan isə gələcəkdə oxşar halların qarşısını almağa çalışacaqları bildirilib.
Küveytin əmək resursları üzrə departamentinin rəhbəri Mübarək Əl-Əziminin sözlərinə görə, qadınlar arasında Qvineyadan olan 16 yaşlı qız da olub.
Faktla bağlı araşdırma aparılır.