​İran Livanla bağlı iddiaları rədd etdi: "MÜDAXİLƏ ETMİRİK"

Muxalifət.az xəbər verir ki, Səudiyyə Ərəbistanında olan Livan baş naziri Saad Hariri iki-üç gün içərisində ölkəsində qayıdacağını bildirdikdən sonra İran Dövlət Televiziyasından verilən açıqlamada Haririnin bir neçə gün sonra Livana qayıdacağına ümid etdikləri bildirildi.
İran dövləti iddialara rəğmən, Livana müdaxilə eləmədiyini söyləyib.
Qeyd edək ki, Hariri açıqlamasında Riyadda ev dustağı olduğu xəbərlərini də təkzib edib: “Öz azad iradəmlə Səudiyyə Ərəbistanındayam. Əgər sabah ölkəmə qayıtmaq istəsəm qayıda bilərəm. Bir ailəm var və onları qorumaq istəməyim ən təbii haqqımdır”.
Hariri Səudiyyə Ərəbistanında açıqladığı istefa bəyanatında Livanın milli mənafeyi naminə bu vəzifəni tərk elədiyini, həyatını hədəfə alacaq gizli bir planın hazırlandığını hiss elədiyini bildirmiş, “İran bütün daxili işlərimizə qarışır, bir siyasi təşkilat da ona dəstək verir. Bu vəziyyəti davam etdirmək olmaz”, - deyərək, "Hizbullah"a da işarə vurmuşdu.
Qeyd edək ki, 2016-cı Livanda qurulan milli birlik hökumətində 30 nazirlikdən ikisi Hizbullahın əlindədir.
"Hizbullah" və İran Hariri ilə Səudiyyə Ərəbistanın ittihamlarını rədd edirlər.