İspaniya Kataloniyanın “müstəqillik” XƏYALINI DƏFN ETDİ

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin “müstəqillik bəyannaməsi”ni ləğv etdi.
Bununla da “müstəqillik” prosesi bitməklə bərabər, həm də status-kvo bərpa olundu, İspaniya qanunvericiliyi hökmran oldu.
Eyni zamanda Kataloniya prosesi nəinki digər separitistlərə yaxşı mənada örnək olmadı, əksinə bütün bu xəyalda olanların qarşısına bir Qərb dünyası boyda sədd çəkdi. Artıq bundan sonra Avropa Birliyi vahid siyasi məkan olaraq bu cür separatist, yaxud zor yolu ilə müstəqillik qazanmaq, torpaq qoparmaq istəyənlərə yanaşmada ikili davrana bilməyəcək. Və bununla da Osmanlını bölmək üçün Amerika prezidenti Vilson tərəfindən düşünülən, sonradan isə ABŞ-SSRİ qarşıdumasının kompromis variantı olaraq görülən qondarma “xalqların öz müqəddərratını təyin etmə” prinsipi də kölgədə qalmış olacaq.
Müxalifət.az