İsrail narahatdır: Türkiyənin Aralıq dənizindəki qazma fəaliyyətlərinin peyk görünüşünü paylaşdı

Peyk görüntülərini yayımlayan İsrail şirkəti bu dəfə Türkiyənin Fateh gəmisinin Aralıq dənizindəki qaz axtarış işlərini paylaşıb.
Qeyd edək ki, Türkiyə Şərqi Aralıq dənizində özünə yönəlik bütün düşmən davranış və münasibətlərə baxmayaraq haqlarını qorumaq üçün neft və təbii qaz axtarışına davam edir.
Cənub Kipr Yunan Rəhbərliyi, Yunanıstan və İsrail bölgədə Türkiyəyə qarşı əməkdaşlıq edirlər.
Yunanlar bölgədə Türklərin haqlarını yox sayaraq neft və təbii qaz fəaliyyətlərini davam etdirmək istəyir. Buna qarşılıq olaraq Türkiyə Fateh qazma gəmisini bölgəyə göndərdi. Bu yöndə qaz axtarış işləri davam edir. Bu vəziyyət başqa ölkələr tərəfindən də izlənilir.
PEYK GÖRÜNTSÜ
İsrailin peyk analiz şirkəti “Image Satlntl” Türkiyənin Aralıq dənizində Kiprin qərbində qazma fəaliyyətlərini davam etdirən Fateh gəmisinin peyk görüntülərini paylaşıb.
İsrailin Türkiyənin fəaliyyətlərindən ən az Yunanlar qədər narahatlıq keçirdiyi bilinir.
Müxalifət.az