İtaliyada bir sutkada koronavirusdan rekord sayda insan öldü

Baxış sayı:
2311

İtaliyada koronavirusa görə 24 saat ərzində 168 nəfər ölüb.

“İndependent” xəbər verir ki, ölkədə infeksiyadan ölənlərin sayı 631-ə çatıb.

İtaliyada indiyədək 10 149 nəfər virusa yoluxub. Epidemiya əsasən ölkənin şimalında yayılıb. İtaliya ölüm göstəricisinə görə Çindən (3 158 ölüm) sonra 2-ci yerdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 119 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 220-yə çatıb. Bunların 66 568 nəfəri sağalıb, 4 299 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub./report