Kamikadze özünü partlatdı - 41 ÖLÜ, 60 YARALI
15-05-2016 21:05

Yəmənin əl-Mukalla şəhərində polis məntəqəsi yaxınlığında terrorçu-kamikadze özünü partladıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 41 nəfər ölüb, 60 nəfər yaralanıb.
Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.