Keçmiş səfirimizin ölüm səbəbi məlum oldu

Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Bakıda, yaşadığı evdə dünyasını dəyişib.
Muxalifet.az Nocomment.az-a istinadən xəbər verir ki, onun ölüm səbəbi məlum olub.
Mərhumun ürək çatışmazlığından (infarkt) öldüyü bildirilir.
Qeyd edək ki, bu gün saat 11:00-da Təzə Pir məscidində Dursun Həsənovla vida mərasimi olacaq.
Mərhum Bakıda dəfn olunacaq.
01:16
Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib.
Oxu.Az bu barədə Aktual.ge-yə istinadən xəbər verir.
Məlumata görə, o, Bakıdakı evində dünyasını dəyişib. Mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq.
Qeyd edək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti kəndindəndir. O, 2017-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.




















