Kəsiləcəyini hiss edən xoruz "Ana" qışqırır - VİDEO
18-03-2015 01:41

Türkiyənin Konya vilayətində maraqlı bir hadisə baş verib.
Türkiyə mediası xəbər verir ki, sahibinin əlində bıçaq görən xoruz kəsiləcəyini anlayıb.
Bu anda xoruz qışqırmağa başlayıb. Onun qışqırığı isə adi xoruz səsindən daha çox “ana” sözünə oxşayıb. Xoruzun sahibi bundan sonra onu kəsmək fikrindən daşınıb.