Makrona sillə vuran şəxsin evində axtarış aparılıb

Baxış sayı:
4666

Fransanın Drom rayonuna səfəri zamanı ölkə prezidenti Emmanuel Makronun üzünə sillə vuran şəxsin evində polis tərəfindən axtarış aparılıb.

Bu barədə “BFM” telekanalı məlumat yayıb.

“Dostumun bu hərəkətindən çox təəccübləndim. Mənə Damienin prezidentə sillə vuracağını desəydilər, bunun doğru olmadığını cavablandırardım. Dostum sakit bir insandır”- saxlanılan şəxsin tanışı telekanala açıqlamasında deyib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronun Drom rayonuna səfəri zamanı insident baş verib. Dövlət başçısı meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla salamlaşmağa başlayıb. Bu zaman bir kişi E.Makronun üzünə sillə vurub.