“Mersedes” piyadanı vuraraq öldürdü - TOVUZDA
17-07-2017 12:04

Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yolun Tovuz rayonunun Əyyublu kəndidən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub.
Piyada hadisə yerində ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır./apa