“Naxçıvan sərhədində baş verənlərdən narahatıq” - ATƏT və ABŞ Dövlət Departamentindən AÇIQLAMA

Baxış sayı:
871

“ATƏT Sədərək-Arazdəyən bölgəsində son vaxtlar baş verən hadisələrdən narahatdır”.
 
Təşkilat Ermənistanın Factor.am portalının sorğusunu cavablandırarkən bunu bildirib.
 
 “Tərəfləri sakit və təmkinli olmağa, təxribat xarakterli hərəkətlərdən çəkinməyə və ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında ən qısa müddətdə danışıqlara qayıtmağa çağırırıq”, - təşkilatın mətbuat xidmətinin cavabında deyilir.
 
ABŞ Dövlət Departamenti də nəşrin sorğusuna eyni cavabı verib:
 
“Ermənistanla Azərbaycan arasındakı Yerasx / Sədərək sərhədi yaxınlığında baş verən hadisələr bizi narahat edir. ABŞ, ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq, Dağlıq Qarabağ münaqişəsinin qalıcı bir siyasi həllinə nail olmaq üçün bütün tərəflərlə işləməyə sadiqdir. Tərəfləri Minsk Qrupu həmsədrlərinin himayəsi altında mümkün qədər tez danışıqlara qayıtmağa çağırırıq”, - nəşrin iddiasına görə, Dövlət Departamentinin açıqlamasında vurğulanır./ovqat.com